Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qan damarları
Qan damarları — heyvanların və insanların bədənində elastik boru birləşmələri, qan və orqan vasitəsilə ritmik bir şəkildə büzülən ürək və ya pulsasiya edən damarın gücü ilə həyata keçirilir: arteriyalar, arteriollar, kapillyarlar vasitəsilə orqanlara və toxumalara, onlardan ürəyə - venalar və damarlar vasitəsilə. Qanın hərəkətini həyata keçirən sistemə ürək, arteriyalar, venalar və kapilyarlar daxildir. İnsanda qan dövranı qapalıdır. Qanın hansı sürətlə hərəkət etməsindən asılı olmayaraq bu prosesdə əsas yeri ürəkdə əmələ gələn təzyiq, damar divarlarındakı əzələlərin ritmik təqəllüsü və bir çox xarici amillər tutur. Lakin ümumi götürdükdə qan dövranı orqanlarının fəaliyyətinə həm daxili sekresiya vəziləri, həm də sinir sistemi nəzarət edir. Damarlar quruluşuna və funksiyalarına görə arteriyalara, venalara və kapilyarlara bölünür. Ürəkdən orqan və toxumalara qan aparan damarlara arteriyalar deyilir. Ürəkdən çıxan ən böyük damar aorta damarı adlanır. Bu damarlar bütün orqan və toxumalara getməklə onları oksigen və qida maddələri ilə təmin edir. Arteriyalar orqan və toxumalara çatdıqda daha nazik şaxələrə ayrılır ki, onlar kapilyarlar adlanır.
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.
Admiralti adası
Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür. == Fauna == Adanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır.
Admiralti dağları
Admiralti (ing. Admiralty Mountains) — Şərqi Antarktidada, Viktoriya Torpağının şimal-şərqində yerləşən dağ sistemi. Dağların aşağı hissələrini Ross dənizinın suları yuyur. Dağların davamı olaraq Ader burnu Cənub okeanı daxilinə uzanır. Qurudan Dennistoun, Ebbe və Takera buzlaqları ilə əhatələnir. 1841-ci ilin yanvarında Ceyms Klark Rossun rəhbərlik etdiyi ekspedisiya zamanı kəşf edilmişdir. Dağlara Danidin, Homran və Littelton silsilələrinə bölünür. Maksimal hündürlüyü Minto dağıdır (4166 m).