Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Damlamaca
Damlamaca — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəmcəmli kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.
Dalamaz
Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Damladaş mağarası
Damladaş (türk. Damlataş Mağarası) — Türkiyənin Alaniya şəhəri yaxınlığında mağara. Mağara Alaniya yarımadasının qərb qurtaracağında yerləşir. Aralıq dəniz yaxınlığında yerləşən mağaranın yaxınlığında məşhur Alaniya qalası yerləşir. Alaniya şəhərinin mərkəzindən mağaraya 3 km, Antaliyaya isə 124 km-dir. Mağara öz adını iki söz birləşməsindən götürmüş:(türk. damla — damla, damcı, taş — daş). Çox zaman "cilalanmamış qiymətli daş" və ya "stalaqtit" sözü mənasında işlənilir. == Kəşf olunması == Mağara ilk dəfə 1948-ci ildə aşkar edilmiş. Sahildə liman tikintisi zamanı daş əldə etmək üçün yaxınlıqdakı qayalıq ərazi partladılmış və nəticədə mağara girişi açılmışdır.
Ağ dalamaz
Dalamaz gicitkən, cincar (Lamium album) — dodaqçiçəklilər fəsiləsindən dalamaz cinsinə aid bitki növü. Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir.
Dalamaz gicitkan

Damdama (Çaypara)
Damdama (fars. دامداما‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd.