DAĞLAMAQ

f.
1. Qızdırılmış dəmirlə damğa vurmaq. Qoyunları dağlamaq. Atı dağlamaq. – Adamı ürəkdən, heyvanı budundan dağlarlar. ( Ata. sözü ).
2. məc. Yandırmaq.
…Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı.

3. məc. Adətən “ürəyini”, “sinəsini”, “qəlbini” sözləri ilə – çox bərk təsir etmək, yandırmaq, yaralamaq, dərd və kədər vermək.
Qılınc çəkib mərd meydana varanda; Sinələr çal-çarpaz dağlayan mənəm. Koroğlu”.
Dağlar dağladı məni; Görən ağladı məni; Zəncir, buxov tab etməz; Zülfün bağladı məni. (Bayatı).
[Heydər bəy:] Sona xanım, ürəyimi dağlama, çünki tablaşa bilmərəm, atı min, gedək! M.F.Axundzadə.
Ey qoca bir qövmə ağlarkən gülən: Naləsilə xalqı dağlarkən gülən. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAĞLAMAQ yandırmaq
  • DAĞLAMAQ damğalamaq
DAĞLAMA
DAĞLANMA

Digər lüğətlərdə

голошта́нник заню́ханный звезда́ч многоме́рность орогове́ние субъекти́вность бу́рный дебюти́ровать нарезаться наслажда́ться недомога́ние поглощённый прорези́нка свире́льщик пардон шорайдать assonance foredoom galley sipunculoid потупляться рассыпать решка спаться ширь