Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qara deşik
Qara dəlik — zərrəciklər və işıq kimi elektromaqnit dalğaların içindən qaça bilmədiyi güclü qravitasiyaya sahib fəza-zamanın bir nahiyəsi. Ümumi nisbilik nəzəriyyəsinə görə, kifayət qədər kompakt kütlə fəza-zamanı deformasiya edərək bir qara dəlik formalaşdıra bilər. Heç bir obyektin qaçışının mümkün olmadığı bölgənin sərhədinə hadisə üfüqü deyilir. Hadisə üfüqü onu keçən obyektin vəziyyətinə böyük ölçüdə təsir göstərməsinə rəğmən, lokal olaraq aşkar edilə bilən xüsusiyyətlər müşahidə edilmir. Bir çox cəhətdən, qara dəlik işığı əks etdirmədiyi üçün ideal qara cisim kimidir. Üstəlik, əyri fəza-zamanda kvant sahə nəzəriyyəsi proqnoz edir ki, qara dəlik kütləsi ilə tərs mütənasüb şəkildə, qara cismin şüalandırdığı istilik ilə eyni spektrumda Hokinq radiasiyası yayır. Bu temperatur ulduz qara dəlikləridə milyardlarla kelvinə bərabər olduğuna görə onların müşahidə edilməsini imkansızlaşdırır. Qravitasiya sahəsi işığın qaça bilməyəcəyi qədər güclü olan cisimlər ilk dəfə 18-ci əsrdə Con Mixel və Pyer Simon Laplas tərfindən nəzərə alındı. Qara dəliyi xarakterizə edən ümumi nisbiliyin ilk müasir həlli 1916-cı ildə Karl Şvartsşild tərəfindən tapılmışdır, ancaq heç bir şeyin qaça bilməyəcəyi fəza bölgəsi olaraq şərhi ilk dəfə Devid Finkelştein tərəfindən 1958-ci ildə nəşr edildi. Qara dəliklər çoxdan bəri riyazi maraq hesab olunurdu; 1960-cı illərdə nəzəri tədqiqatlar ümumi nisbiliyin ümumi proqnozu olduğunu göstərdi.
Defisit
Defisit (lat. deficit – “çatışmazlıq” mənasında işlənir) — zərər məxarici mədaxildən artıq olması deməkdir. == Balanslaşdırılmış büdcə == İdeal olaraq, dövlət büdcə sisteminin istənilən səviyyəsinin büdcəsi tarazlaşdırılmalıdır. Lakin müxtəlif amillərin (iqtisadi, siyasi, təbii və s.) Təsiri nəticəsində büdcə gəlirlərinin (vergi və vergi olmayan) büdcə sisteminin müvafiq səviyyəsi üçün lazım olan bütün xərcləri ödəməməsi vəziyyəti tez-tez yaranır. Balanslaşdırılmış büdcə prinsipi hər bir dövlətin büdcə sisteminin ən vacib prinsiplərindən biridir. Büdcə xərclərinin ümumi məbləğinin büdcə gəlirlərinin ümumi məbləğinə uyğun gəlməsindən ibarətdir. Eyni zamanda, büdcə gəlirləri yalnız büdcə gəlirləri deyil, həm də borc kimi digər mənbələr deməkdir. Beləliklə, büdcə kəsirinin özlüyündə xərclər və büdcə gəlirlərinin ümumi məbləği arasında bərabərliyin əldə edilməsi vəziyyətində bir dengesizlik demək deyil. Balanssız bir büdcə (yəni xərclərin həcminin gəlirləri üstələdiyi bir büdcə) əslində büdcə adlandırıla bilməz, çünki həyata keçirilməsi açıq-aşkar real deyil. Büdcə profisiti ilə (gəlir hissəsinin xərc hissəsindən çox olması ilə) mənfi nəticələrə səbəb olur.
Dengizik
Dengizik Xan və ya Dengizik Xaqan (Qədim türkcə (hunca): Tengizik Kan (mənası: Balaca Dəniz; ən tezi 406 – 469, Bizans imperiyası) — Avropa Hunlarının 13-cü xaqanı. Atillanın 2-ci oğlu, İlekin kiçik, İrnekin də böyük qardaşı. == Həyatı == 453-cü ildə Atillanın ölümündən sonra digər qardaşları İlek və İrneklə ayrı hökmranlıq etdilər. Çökən imperiyanın bir hissəsində üç qardaş fərqli bölgələrdə hökmranlıq edirdi. 460-cı ilin ilk yarısından etibarən Dengizik və İrnek vəziyyətlərini bərpa etməyə çalışdılar. Konstantinopola elçi göndərdilər. Sülh müqaviləsi bağlamaq, dostluq qurmaq istəyirdilər. Dunayın bir hissəsində Hunlar və Romalılar üçün sərbəst ticarət bazarının qurulmasını tələb etdilər, lakin I Leo bu istəkləri rədd etdi. Bu qərardan sonra iki qardaş ayrıldı. Dengizik bunu təhqir olaraq gördü və döyüşmək istədi, İrnek isə yeni cəbhə açmağın əleyhinə idi.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Dəqiqlik
Ölçü vasitələrinin dəqiqliyi — ölçü cihazının göstəricilərinin ölçülən vahidin ölçülərinə yaxınlığı. Fərqin azlığı ölçmənin dəqiqliyini göstərir. Ölçü nəticələrinin dəqiqliyi — ölçü nəticələrinin keyfiyyəti. Dəqiqlik fərqi bu zaman sıfıra maksimum yaxın olmalıdır.
Dəqiqi
Dəqiqi, tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd (fars. ابو منصور محمد بن احمد دقیقی‎, d. 935/942-ö. 976/980, Tus) — İran şairi. == Həyatı == Samanilər dönəminin ən tanınmış şairlərindəndir. İslam öncəsi İran dönəminin tarixini şeirə döndərən ilk şairdir.Nisbəsinə baxılaraq onun ya da atasının dəyirmançı olduğu sanılmaqdadır. Öncələri Mavəraünnəhrdə hökm sürən Çağaniyan ya da Al-i Muhtac əmirlərindən Fəxrüddövlə Əbu Səid Mənsura mədhiyələr yazdı. Samani hökmdarları Mənsur bin Nuh (hökmdarlığı 961-976) və II Nuh bin Mənsur (hökmdarlığı 976-997) dönəmində məşhur oldu. Gənc yaşda köləsi tərəfindən öldürüldü. Dəqiqi, əsl ününü sağlayan əsəri, II Nuh bin Mənsurun əmriylə yazmağa başladığı və ölümüyle yarım qalan 1.000 beytlik Quştaspnamə'dir.
Euphorbia denisii
Euphorbia denisii (lat. Euphorbia denisii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ustad dərgisi
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. == Tarix və format == “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. == Məzmun == “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. == Keçirilən müsabiqələr == “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. == Haqqında == "Varlıq" İranda 1979-cu il islam inqilabından sonra, vətəndaşlara ana dilində jurnal nəşr etdirmək icazəsindən sonra yaradılmışdır. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur. Cavad Heyət bütün ömrü boyu jurnalı şəxsi vəsaiti hesabına nəşr etdirib.Yazıların 80 %-i Azərbaycan dilində, 20 %-i isə fars dilindədir. Bütün İran cəmiyyətinə hesablanan məqalələr fars dilində verilir. Dərgidə Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alır. "Varlıq" jurnalı İranda tanınan və ciddi oxunan nəşrlərdəndir.Jurnalın redaksiya heyətində Cənubi Azərbaycan poeziyası və ədəbiyyatının görkəmli nümayənədlərindən sayılan Professor Həmid Nitqi, Məmmədəli Fərzanə, Kərim Sönməz, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdariniya, və Qulamhüseyn Beqdeli kimi tanınmış qələm sahibləri təmsil olunurdular. == Mövzular == Bu jurnal mədəniyyət və elmi-tarixi mövzularda çıxır, Azərbaycan dilinin və ədəbiyyatının problemləri mövzusunda maraqlı yazılar çap edirdi. Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Dəqiqlik sinfi (maşınqayırma)
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir. Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45 d 3 {\displaystyle {\sqrt[{3\,}]{d}}} +0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər.
Dəqiqlik və tanıma
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Odlu Yurd dərgisi
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. == Haqqında == 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Türk Yurdu dərgisi
Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir == Tarixçə == Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir. 30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu.
Lyuin Devisin daxilində
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Pələng dərisi geymiş pəhləvan
Pələng dərisi geymiş pəhləvan (gürc. ვეფხისტყაოსანი) — XII əsrdə gürcü yazıçısı Şota Rustaveli tərəfindən yazılmış epik əsər. Poemanın əsasını IX əsrdə yazılmış qədim bulqar, türk şairi Mikayıl Şəmsi Baştu tərəfindən yazılmış "Şan qızı dastanı" təşkil edir. == Tarixçə == Uzun müddət əlyazma şəklində yayılan poema ilk dəfə 1712-ci ildə VI Vaxtanqın təşəbbüsü ilə çap olunmuşdur. Sonrakı nəşrlər içərisində XIX əsrin inqilabçı-demokratı İlya Çavçavadzenin rəhbərliyi altında çalışan qabaqcıl yazıçı və alimlər komissiyasının tərtib etdiyi elmi-tənqidi mətn Vaxtanqın çap etdirdiyi mətndən xeyli fərqlənir. Daha dəqiq elmi-tənqidi mətn 1937-ci ildə, poemanın yaradılmasının 750 illiyi münasibətilə hazırlanmışdır. Həmin mətn nəzərdən keçrilərək 1951-ci ildə yenidən çap olunmuşdur. == İdeya və məzmunu == Poemada hadisələr Gürcüstan ərazisindən uzaqlarda — Ərəbistan, Hindistan, Mülkizanzar, Qulanşaro və Qacetiyada baş verir. Qərhəmanlar ərəblərdən, hindlilərdən və başqa xalqlardandır. Əsərdə zahirən heç bir milli və ərazi məhdudluğu yoxdur.
Lyuin Devisin daxilində (film, 2013)
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-də limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.
Lyuin Devisin daxilində (film musiqisi)
Lyuin Devisin daxilində 2013-cü ildə, Koen qardaşlarının ssenari müəllifliyi və rejissorluğu ilə çəkilmiş, baş rollarını Oskar Ayzek, Keri Malliqan, Con Qudmen, Caret Hedlund və Castin Timberleykin canlandırdığı eyni adlı ABŞ filminin musiqi albomudur. 1960-cı illər Nyu-York mühitinin təsvir edildiyi film musiqisinin prodesserliyini T Bon Börnet etmiş, həmin dövrün folk musiqisi tərzindən istifadə olunmuşdur. Bob Daylanın "Farewell" və Deyv Van Ronkun "Green, Green Rocky Road" mahnıları istisna olmaqla, filmdə səslənən bütün musiqilər müasir dövrdə yazılmışdır.
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
"İvan Vasilyeviç peşəsini dəyişir" (rus. Иван Васильевич меняет профессию) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir. Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Lyuin Devisin daxilində filminin qazandığı mükafatların siyahısı
"Lyuin Devisin daxilində" (ing. Inside Llewyn Davis) — 2013-cü il istehsalı olan ABŞ komediya-drama filmidir. Film, Coel və Etan Koen qardaşlarının rejissorluğu ilə ekranlaşdırılmışdır. Filmdə Oskar Ayzek, Keri Malliqan və Con Qudman rol almış, prodüsserliyini isə Skot Rudin, Etan və Coel Koen qardaşları etmişdir. T Bone Burnett filmin musiqi prodüsserliyini etmişdir. Film, 1961-ci ildə Nyu-York səhnələrində fəaliyyət göstərən folk musiqiçisinin həyatının bir həftəsindən bəhs edir. Hər nə qədər, Lyuin Devis uydurma xarakter olsa da, filmdə təsvir olunmuş hadisələr folk müğənnisi Deyv Van Ronkun həyatından götürülmüşdür. Filmdə istifadə olunmuş folk musiqilər canlı ifa ilə yazılmışdır. 19 may 2013-cü ildə Kann kinofestivalında nümayiş olunan film, festivalın Qran Pri mükafatını qazanmışdır. 6 dekabr 2013-cü ildə ABŞ-da limitli çıxış edən film, 10 yanvar 2014-cü ildə geniş kütləyə təqdim edilmişdir.