Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi.Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Den-Hoorn
Hoornte və ya De Hoorn Şimali Hollandiya əyalətinin Teksel bələdiyyəsi nəzdində yerləşən kənd. Den-Helder şəhərindən 9 km şimalda yerləşir. 2001-ci ildə kəndin əhalisi 443 nəfər olmuşdur.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. == Həyatı == Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Den Braun
Den Braun (ing. Dan Brown, 22 iyun 1964[…], Ekseter[d], Nyu-Hempşir) — amerikan yazıçı, jurnalist və musiqiçisidir. Den Braun əsas sujet xətti simvolizm və gizli cəmiyyətlər olan Rəqəmsal qala, Mələklər və iblislər, Da Vinçi şifrəsi, Yalan nöqtəsi, İtirilmiş simvol, Cəhənnəm, Başlanğıc (ing. Origin (2017) kimi bestsellerlərin müəllifidir. Onun birinci romanı olan Rəqəmsal qala ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə həsr olunmuşdur. == Həyatı == Den Braun, 22 iyun 1964-cü ildə ABŞ, Nyu Hempşir ştatı, Ekseter şəhərində anadan olub. Den riyaziyyat və musiqinin vəhdət təşkil etdiyi bir ailədə böyüyüb. Atası-professor Riçard Braun Fillips-Ekseter akademiyasında riyaziyyat müəllimi olub. Professor Riçard Braunun yazdığı dərs vəsaiti ilə indi də ABŞ orta məktəblərində dərs keçirlər. Anası-Konstansiya Braun həmin təhsil müəasisəsində müsiqi dərsi deyib.
Den Burq
Den Burq Şimali Hollandiya əyalətində yerləşən şəhərcik. Teksel bələdiyyəsi tabeçiliyində olan ən böyük şəhərdir. Tarixi mərkəz kimi şöhrət qazanmışdır. Şəhərin böyük meydanında hər həftəsonu yarmarkalar təşkil olunur. Bütün bunlara rəğmən, Den Burq adanın ən az turist cəlb edən bölgəsidir. 2001-ci il statistikasına istinadən şəhərdə 6.160 nəfər yaşayır. 1.47 min km2 ərazidə təxminən 2.645 yaşayış məntəqəsi mövcuddur. Şəhər Niderland Ali Dəniz Tədqiqatları İnstitutuna ev sahibliyi edir. Şəhərin Kogerstraat küçəsində süni dil olan Esperantonun şərəfinə abidə ucaldılmışdır.
Den Fyurriqal
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Den Kueyl
Den Kueyl — ABŞ-lı siyasətçi. 1989-1993-cü illərdə, Prezident Corc H.U. Buşun hakimiyyəti dövründə ABŞın 44-cü vitse-prezidenti vəzifəsində çalışmışdır.
Den Simmons
Den Simmons (4 aprel 1948[…], Peoriya[d], İllinoys və ya ABŞ) — amerikan elmi-fantastik və qorxu yazıçısı.Simmons'un qarışıq janrda yazdığı "Kali mahnısı" (1985) Dünya Fantaziya Mükafatını qazanıb.
Den Stivens
Daniel Conatan Stivens (ing. Daniel Jonathan Stevens; 10 oktyabr 1982, Kroydon, London) — ingilis aktyorudur. O ilk dəfə ITV-nin tanınmış Daunton monastrı (2010-2012) dram serialındakı Metyu Krouli roluna görə beynəlxalq tanınma qazanı. O həmçinin Qonaq (2014) triller filmində Devid, Muzeydə gecə: Məzarın sirri (2014) macəra filmində ser Lancelot, Disneyin Gözəl və bədheybət (2017) filmində Bədheybət/Şahzadə, Marşall (2017) bioqrafiq dramda Lorin Uillis, Miladı icad edən (2017) bioqrafik dramında Çarlz Dikkens və Avroviziya Mahnı Müsabiqəsi: Alovun hekayəsi (2020) filmində rusiyalı təmsilçi Aleksandr Lemtov rolunu ifa edib. 2017-19-cu illərdə FX-in Legion serialinda Devid Heller roluna çəkildi. 2018-ci ildə Netflix-in qorxu-trilleri Apostol filmində rol aldı. == Həyatı == Stivens anadan olanda hər ikisi müəllim olan valideynlər tərəfindən övladlığa götürülüb və Uelsdə və İngiltərənin cənub-şərqində böyüyüb. Onun 1984-cü il təvəllüdlü Ceyson Endrü Stevens adlı bioloji kiçik qardaşıda müxtəlif valideynlər tərəfindən övladlığa götürülüb. Stivens Kentdəki müstəqil məktəb olan Tonbridge məktəbində təqaüdlə təhsil alıb. Orada müəllimi, yazıçı Conatan Smit ilə Makbet-də baş rol üçün dinləmələrdən sonra dramla maraqlandı.
Den Syaopin
Den Syaopin (çin. 鄧小平; d. 22 avqust 1904, Sıçuan, Çin imperiyası — 19 fevral 1997, Pekin, Çin) — Çin Kommunist Partiyası Hərbi Şurasının sədri (1976-1989).
Maks Den
Maks Den (ing. Max Dehn; 1878 – 1952) — Alman riyaziyyatçısıdır; eyni böyüklükdə çoxüzlülər haqqında Hilbertin 3-cü problemini həll etmişdir.
Den Reynolds
Den Reynolds (ing. Daniel Coulter Reynolds; 14 iyul 1987, Las-Veqas, Nevada) — amerikalı müğənni, bəstəkar, musiqiçi, multiinstrumentalist və musiqi prodüseri, eləcə də aktyordur. Imagine Dragons rok qrupunun vokalçısı və qurucusu. == Erkən illəri == O,14 iyul 1987-ci ildə Nevada ştatında anadan olub. Altı yaşında artıq fortepianoda və başqa musiqi alətlərində ifa etməyi bacarırdı. Reynolds böyük istedada malik idi, lakin gələcəkdə musiqiçi olmaq haqqında düşünmürdü. Tələbəlik illərində o, dostları - Endryu Tolman və Brittani Tolmanla birlikdə musiqi qrupu yaratdı. Vaxt keçdikcə oğlanların hobbisi daha da böyüdü və qrupa yeni üzvlər qoşuldu: Wayne Sermon, Ben McKee və Daniel Platzman . == Karyera == === Imagine Dragons (2008) === Den Reynolds zərb alətləri, akustik gitara, piano və saksafonda ifa edən vokalçıdır. İmagine Dragons qrupu yarandıqdan sonra 2011-ci ilin noyabrında Interscope Records ilə müqavilə bağladılar və prodüser Alex Da Kid ilə işləməyə başladılar.
Den Vilson
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur.
Başlanğıc (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Cillian van den Berq
Cillian van den Berq (8 sentyabr 1971, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Cillian van den Berq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Cillian van den Berq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Cəhənnəm (Den Braunun əsəri)
Cəhənnəm (ing. Inferno) — ABŞ yazıçısı Den Braun tərəfindən 2013-cü ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi və İtirilmiş simvol romanlarından sonra dördüncü romandır. Əsər ilk dəfə 14 may 2013-cü ildə "Doubleday" nəşriyyatı tərəfindən yayımlanmışdır. Yayımlanmasından sonra ilk on bir həftə ərzində New York Times Best Seller siyahısına rəhbərlik edən əsər ilk on yeddi həftə ərzində də elektron kitablar siyahısına rəhbərlik etmişdir. == Məzmunu == Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir.
Laura van den Bruel
Laura van den Breyl (nid. Laura van den Bruel; 19 yanvar 1995), daha çox Ayris (ing. Iris, nid. Airis) kimi tanınır) — Belçika müğənnisi, Belçikanın 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi. == Həyatı == 1995-ci ildə Belçikanın şimalında yerləşən kiçik Morkxoven kəndində anadan olub. 15 yaşından oxumağa başlayıb və 2010-cu ildə buraxdığı debüt albomu olan "Wonderful" onu öz ölkəsində əsl ulduza çevirib. == Diskoqrafiya == === Albomları === Seventeen (2012) === Sinqlları === Wonderful (2010) Would You?
Mariyan op den Velde
Mariyan op den Velde (d. 9 yanvar 1971) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mariyan op den Velde, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Uildket Den Ştat Parkı
Uildket Den Ştat Parkı (ing. Wildcat Den State Park) — ABŞ-nin Ayova ştatının Maskatin qraflığında yerləşən ştat parkı. Ştat parkında 75 metr hündürlüyündə sıldırım qayalar, qaya quruluşları və bir neçə tarixi tikili yerləşir. 1848-ci ildə tikilən Payn Krik un dəyirmanı və Payn Mill körpüsü ABŞ-də tarixi abidə kimi qeydiyyata alınmışdırlar. Kempinqdə 28 düşərgə yeri yerləşir, lakin müasir ayaqyoluna sahib deyillər.
Den Kruinkşankın memarlıq macəraları
Den Kruinkşankın memarlıq macəraları (ing. Dan Cruickshank's Adventures in Architecture) — BBC tərəfindən istehsal edilmiş və 2008-ci ilin aprelində "BBC Two" telekanalında efirə verilmiş sənədli film. Səkkiz seriyalı filmdə Britaniya memarlıq tarixçisi Den Kruinkşank dünyanın müxtəlif ölkələrinə səyahət edərək memarlıq abidələrini araşdırır. == Ədəbiyyat == Cruickshank, Dan. Adventures In Architecture. Weidenfeld & Nicolson (hardcover). 3 April 2008. ISBN 978-0-297-84444-0. == Xarici keçidlər == Dan Cruickshank's Adventures in Architecture "BBC Online"da.
Den Kruinkşankın memarlıq macəraları (film, 2008)
Den Kruinkşankın memarlıq macəraları (ing. Dan Cruickshank's Adventures in Architecture) — BBC tərəfindən istehsal edilmiş və 2008-ci ilin aprelində "BBC Two" telekanalında efirə verilmiş sənədli film. Səkkiz seriyalı filmdə Britaniya memarlıq tarixçisi Den Kruinkşank dünyanın müxtəlif ölkələrinə səyahət edərək memarlıq abidələrini araşdırır. == Ədəbiyyat == Cruickshank, Dan. Adventures In Architecture. Weidenfeld & Nicolson (hardcover). 3 April 2008. ISBN 978-0-297-84444-0. == Xarici keçidlər == Dan Cruickshank's Adventures in Architecture "BBC Online"da.
AMEA Dendrologiya İnstitutu
Dendrologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri AMEA-nın müxbür üzvü Tofiq Məmmədovdur. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağı ilə qarşılıqlı əməkdaşlıq edir.
AMEA Mərdəkan Dendrarisi
Dendrologiya İnstitutu – Abşeron yarımadasında Mərdəkan qəsəbəsində yerləşən struktur. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1870 ci ildə Balaxanı-Zabrat kəndləri ətrafındakı mədənlərin birində fəhlə kimi işə başlayan M.Muxtarov öz bacarığı sayəsində sahibkara çevrilmiş və özünün şəxsi qazma kontorunu açmışdır (1890). O, 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını qurur və bu dəzgaha "Bakı qazma" sistemi adı verir. Sonradan bu dəzgaha dövlət patentidə alır. Murtuza Muxtarov taxta yonan dəzgah icad edir ki, hal-hazırda bu dəzgah Sankt-Peterburuq şəhərində "Dağ-mədən" İnstitutunda saxlanılır. O,Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak habelə məktəb binası inşa etdirmişdir. Murtuza xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olmuş və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirmişdir. (1911–1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur.
Abroma denticulata
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Acacia aspera var. densifolia
Acacia aspera (lat. Acacia aspera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia erythrocephala A.Cunn. ex Benth. Acacia strigosa Lindl. nom. illeg. Acacia aspera var. densifolia (Benth.) Benth.
Acacia densifolia
Acacia aspera (lat. Acacia aspera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia erythrocephala A.Cunn. ex Benth. Acacia strigosa Lindl. nom. illeg. Acacia aspera var. densifolia (Benth.) Benth.
Achillea dentifera
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Acrisione denticulata
Acrisione (lat. Acrisione) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Acrisione denticulata (Hook. & Arn.) B.Nord.
Aglaia densisquama
Aglaia densisquama (lat. Aglaia densisquama) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Aglaia densitricha
Aglaia densitricha (lat. Aglaia densitricha) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Agrostis alba var. densiflora
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Agrostis densissima
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Agrostis stolonifera var. densiflora
Agrostis stolonifera (lat. Agrostis stolonifera) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin agrostis cinsinə aid bitki növü. == Sinonimləri == × Agropogon robinsonii (Druce) Melderis & D.C.McClint. Agrostis adscendens Lange Agrostis alba var. albida (Trin.) Griseb. Agrostis alba f. amethystina Podp. Agrostis alba var. armena Schischk. Agrostis alba var.
Aleks Denni
Aleksander Ceyms Denni (ing. Alexander James Denny; 12 aprel 2000) — yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == === Everton === Denni 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. O, öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 91-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Denni İngiltərə U-17 millisi ilə debütünü 2016-cı ilin sentyabr ayında Xorvatiya U-17 millisinə qarşı oyunda etmişdir.
Aleksandr Denisov
Aktyor == Həyatı == Aleksandr Petroviç Denisov 1944-cü ilin may ayında anadan olub. Belorus Bədii-Teatr İnstitutundan məzun olub (1968). 1967-ci ildən Minsk Teatrının aktyorudur. SSRİ dövlət mükafatı laureatı (1984), Belorusiyanın əməkdar artisti Aleksandr Denisov hazırda ABŞ-də yaşayır.
Allium denticulatum
Allium denticulatum (lat. Allium denticulatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Aloeides dentatis
Aloeides dentatis (lat. Aloeides dentatis) — aloeides cinsinə aid heyvan növü. Arealı Lesoto və Cənubi Afrika dır.
Amblyseiella denmarki
Amblyseiella denmarki (lat. Amblyseiella denmarki) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiella cinsinə aid heyvan növü.
Amblyseius denticulosus
Amblyseius denticulosus (lat. Amblyseius denticulosus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius denticulosus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Anton Denikin
Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916). == Həyatı == Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı.
Arid-denudasion relyef
Arid-denudasion relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid və əlverişli struktur-litoloji quruluşa malik ərazilərdə geniş inkişaf etmişdir. == Arid-denudasion relyef formaları == Arid-denudasion, relyef formaları suffozion-çökmə qıflarından, gil karstlarından və nəlbəkivari qapalı çökəkliklərdən ibarət olub, quru semiarid iqlimə və əlverişli struktur-litoloji qurluşa malik ərazilərdə geniş inkişaf etmişdir Suffozion-çökmə qıfları tərkibində asan həll olunan mineralların iştirak etdiyi lyoss gillərindən təşkil olunmuş Kür-Araz, Naxcıvan, Səbadüzü, Nəvahi, Ceyrançöl çökəkliklərinin yanlarında və Qusar-Dəvəçi və Lənkəran-Muğanının dağətyi hissəsində yayılmışdır. Bu cür formalara suvarılmanın düzgün aparılmadığı bəzi sahələrdə də təsadüf edilir (məs. Gəncə-Qazax düzənliyinin Kürboyu zonasında olduğu kimi. Gil karstları və onun formaları Cənub–Şərqi Qafqazın dağətəyində, Abşeron yarımadasının qərb hissəsində, Qobustanda, Ceyrançöl və Acınohur alçaq dağlığında, Həkəri çayının aşağı hissəsində, Naxçıvan çökəkliyində, Lənkəran Muğanının dağətəyi hissəsində və Kür çökəkliyinin daxili qalxmalarında inkişaf etmişdir. Gil karstlarının əmələgəlmə şəraitinin, onların morfoloji xüsusiyyətlərinin təhlili göstərir ki, bu prosesdə suların eroziya (mexaniki) fəaliyyəti mühüm rol oynayır. Suların yeraltı eroziyası morfoloji cəhətdən klassik karstı xatırladan, ancaq əmələgəlmə mexanizminə görə ondan kəskin fərqlənən formalar yaradır. Süxurların litoloji tərkibi və çatlılıq xüsusiyyətləri gil karstlarının morfologiyasına əsaslı təsir göstərir. Bunları əsas götürərək D. A. Lilienberq (1955) və N. Ş. Şirinov (1975) gil karstlarının — ana süxurlarda, delüvial və terras çöküntülərində və palçıq vulkanı brekçiyalarında inkişaf edən tiplərini ayırmışlar. Birinci tip gil karstları üçün yeraltı dəhlizlər vasitəsi ilə bir-biri ilə əlaqədar olan quyular, şaxtalar, çökmə qıflar xarakterik olub, Dəvəlidağ, Dəlikdaş, Dostubazı və b.
Artemisia densifolia
Artemisia densifolia (lat. Artemisia densifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Astragalus denudatus
Çılpaq astrakanta (lat. Astracantha denudata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Böyük Qafqazda, Rusiyada (Dağıstan) yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-80 sm-ə çatan, tüksüz, tikanlı, yarpağı tökülən, sıx budaqlı koldur. Yarpaqaltlıqları adətən çılpaq, yumurtavari, 7–8 mm uzunluqda, ucu şişdir. Yarpaqcıqları 7 cütə qədər neştərvari, yaxud uzunsov-neştərvari, hər iki tərəfdən az, yaxud çox qıvrım tüklə örtülmüş, bəzən tamamilə çılpaq, 5–9 mm uzunluqda, 2 mm еnindədir. Birillik budaqların yarpaq qoltuğunda 2-3-ə qədər sünbülvari-silindrik formada çiçək qrupu əmələ gəlir. Çiçəkaltlığı еnsiz, uzunsov-qayıqvari olub, ucu qalın, ağ tüklüdür. Kasacığı qalın, ağ tüklü, 5–6 mm uzunluqdadır. Tacı 10 mm, tilli, çıxıntılıdır.
Banksia densa
Banksia densa (lat. Banksia densa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Banksia dentata
Banksia dentata (lat. Banksia dentata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Din-le-Ben
Din-le-Ben (fr. Digne-les-Bains, oks. Dinha) — Fransanın ən qədim balneoloji kurortlarından biridir. Provans şəhərində yerləşən Yuxarı Provans Alpları departamentinin prefektur kimi idarə olunur. Əhalisi - 17,6 min (Fransanın ən az yaşayış məntəqələrindən biri). Din, məşhur Napoleon yolunda, Bleon çayının sol sahilində yerləşir. Din şəhəri lavanda ilə məşhurdur. == Tarix == İnsanlar əvvəlki dövrlərdə belə Dinin yerləşdiyi yerdə yaşayırdılar. Dinia adı I əsrində verilmişdir. Burada təşkil edən ilk Romalılar Termlər (hamam) qurmağa başlamışdılar.
Din-le-Ben (rayon)
Din-le-Ben (fr. Digne-les-Bains) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Yuxarı Provans Alpları. Suprefektura — Din-le-Ben. Rayon əhalisi 2006-cı ildə 54 250 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 22 nəf / km². Rayon ərazisi — 2465 km².
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağıYaşayış məntəqələriBen (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları)DigərBen (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriSoyadSun Dan — Çini təmsil edən bədii gimnast.DigərDan dili — Danimarkanın dövlət dili.
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Dena
Dena, İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir.Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Deu
GM Daewoo - 2001-ci ildə yaranmış Cənubi Koreyalı şirkətlər birliyi. Daewoo şirkətinin Cənubi Koreya hakimiyyəti tərəfindən 1999-cu ildə ləğv edilməsindən sonra bəzi bölmələri və o cümlədən Daewoo Motors fəaliyyətini davam etdirirdilər. 2001-ci ildə Daewoo Motors əsas aktivlərini General Motorsa satır və GM Daewoo yaranır. 2011-ci ildə şirkətin adı GM Korea oldu. Daewoo avtomobillərinin adının bir çoxu Chevrolet adı ilə əvəz olundu.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Don
Don — Dünyada işlədilən şəxs adı. Bu adı olan tanınmış şəxslər Don Keefer — aktyor.
Dren
Dren – torpağın qrunt sularını toplayıb çıxarmaq və aerasiyasını yaxşılaşdırmaq üçün süni yaradılan yeraltı su yoludur. Drenlər istifadəsinə görə quruducu, kollektor; konstruksiyasına və materialına görə isə borulu (gil, plastik kütlə, taxta və s.) boşluqlu (yarıqlı, yumşaq), doldurulmuş (çınqıl və s. ilə) olur.
Dun.
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.