Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deist
Deizm (lat. deus — Tanrı) — Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizm kainatın bir Tanrı tərəfindən yaradıldığı fikrini irəli sürən fəlsəfi təlimdir. Bununla belə, deizmdə Tanrının təbiətə müdaxilə etməsi, insanlara doğru yol göstərəcək dinlər, müqəddəs kitablar və peyğəmbərlər göndərməsi kimi düşüncə və inanclara yer yoxdur. Deizm bütün dini doqmaları inkar edərək, Tanrının ağıl və məntiq yolu ilə qavranıla biləcəyini, bunun üçün heç bir dinə gərək olmadığını söyləyir. Deizmə görə bütün İbrahimi və ənənəvi dinlər hər hansı bir məqsədlə insanlar tərəfindən uydurulmuş və insanlığın yetərli savada və azad düşüncə haqlarına sahib olmaması səbəbilə ətrafına çox sayda təqibçi yığmışdır. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlar Denis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Benoist Apparu
Benoist Apparu(24 noyabr 1969[…], Tuluza) - Fransız mərkəz sağ siyəsətçi, keçmiş nazir.
Tomas Benoist
Tomas Benoist (ing. Thomas W. Benoist; 29 dekabr 1874, İrondale[d], Missuri – 14 iyun 1917, Sandaski[d], Ohayo) — Amerikalı aviator və təyyarə istehsalçısı idi. Yalnız on il aviasiya karyerasında dünyanın ilk aviasiya hissələri istehsal edən şirkət qurdu həmçinin ABŞ-nin qabaqcıl istehsalçılarından və müvəffəqiyyətli bir uçuş məktəbindən birini qurdu və 1914-cü ilin yanvar ayından etibarən dünyanın ilk hava yolu şirkətini qurdu. == Həyatı == Thomas Wesley Benoit Irondeyle, Missouridə 29 dekabr 1874 anadan olmuşdur. St Louis, Missuri ştatında ilk sənayeçilərdən biri, 1904-cü ilə avto sənayesində uğurlu bir iş adamı idi. == Aerosko şirkəti == 1907-ci ildə, Benoit, E. Percy Noel ilə əməkdaşlıqda Aerosco təyyarə üçün ehtiyat hissələrini istehsal etmək məqsədi ilə dünyanın ilk distribyutoru kimi tanınan “Aeronautic Supply Company” qurdu. Aerosco ilk növbədə özünü aviasiya təcrübələrində istifadə üçün xammal və hissələri ilə işləməyi məhdudlaşırdı, lakin tezliklə müştərilərə, Blériot monoplane, Curtiss biplanes və Wright Flyers kimi aparıcı istehsalçıları da daxil olmaqla, Təyyarələri tam yığmağa imkan verən dəstləri satmaq üçün genişləndi . Aviasiya mövzularında geniş məzmunda kitablar satdı. == Pilotluq təcrübəsi == Benoit tezliklə “Curtiss Howard Gill “ inşa təyyarə növü alıb və 18 sentyabr 1910-cu ildə “Kinloch Park Aero Club”da ilk uçuş edərək təcrübə toplamışdır. O Cənubi Amerika Birləşmiş Ştatlarında uçuş qəzası əsnasında yaşanan travma səbəbi ilə, oktyabr ayının ortalarında 1910 – cu ildə beynəlxalq aviasiya görüşdə iştirak edə bilməmişdir.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Klub karyerası === Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. == Həyatı == Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. == Həyatı == 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
Denis Adeyev
Denis Barvinko
Denis Barvinko (ukr. Денис Анатолійович Барвінко; 16 fevral 1994, Dnepr – 10 sentyabr 2021, Dnepr) — Ukrayna Premyer Liqasında Metallist Xarkov FK klubunda oynayan peşəkar ukraynalı futbol müdafiəçisidir. == Həyatı və karyerası == Denis Barvinko 16 fevral 1994-cü ildə Dneprdə anadan olmuşdur. 2007-2009-cu illərdə Ukrayna Uşaq və Gənclər Futbol Liqasında Metallurq Zaporojye futbol komandasının üzvü olaraq karyerasına başladı. Bundan sonra Metallist Xarkov futbol koBmandasına gəldi. 2011-ci ildə bu komandanın üzvü olaraq turnirlərdə iştirak etdi. 12 avqust 2011-ci ildə Ukrayna Gənclər Çempionatında Kiyevin Obolon komandasına qarşı səfər matçında debüt etdi (1:0). Barvinko oyunun bütün dəqiqəsində iştirak edirdi. Ukrayna Kubokunun 1/16 final matçında Bereqvideykoya qarşı oyunda iştirak etdi (0: 3). 60-cı dəqiqədə onu Robert Heqedos əvəz etdi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Denis Fonvizin
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi. == Həyatı == Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur. Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Lou
Denis Lou (24 fevral 1940, Aberdin) — şotland veteran futbolçu. == Həyatı == Futbol həyatının böyük hissəsini İngiltərədə keçirib. Mançestr Yunayted tarixinin ən çox qol vuran futbolçularından biridir. Lou Bobbi Çarlton'dan sonra klubun ən çox qol vuran futbolçusudur. Mançestr Yunayted forması ilə 309 oyunda 171 qol vurub.
Denis Matsukeviç
Denis Matsukeviç (rus. Денис Сергеевич Мацукевич; Minsk, Belarusda 28 mart 1986-cı ildə anadan olub) — Rusiyanı təmsi ledən peşəkar tennisçidir. O, karyerası ərzində 5 dəfə Gedişat turnirlərinin qalibi olmuşdur. Denisin baş məşqçisi VAleri Şliardır.
Denis Papin
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Denis Prokopenko
Denis Hennadiyovıç Prokopenko (ukr. Денис Геннадійович Прокопенко; 27 iyun 1991) — Ukrayna Milli Qvardiyasının mayoru, Azov alayının komandiri,, Rusiya-Ukrayna müharibəsinin iştirakçısı, Ukrayna Qəhrəmanı (2022). Rusiya-Ukrayna müharibəsi zamanı o, Ukrayna rəhbərliyi tərəfindən düşmən hücumlarını dəf etmək və qəhrəman şəhər Mariupolu qorumaq üçün effektiv fəaliyyətinə görə fərqləndirilib. Prokopenko həm də Redis kimi tanınır ((ukr. Ре́діс) köhnə futbol azarkeşi ləqəbi onun hərbi çağırış ləqəbinə çevrildi. Onun tabeliyində olanların ona qeyri-rəsmi olaraq "Qardaş Redis" və ya "Yoldaş Redis" deyə müraciət etdikləri bildirilir ("Дру́же Ре́діс", "Drúže Rédis", [ˈdruʒe ˈrɛd⁽ʲ⁾is]) == Həyatı == Denis Prokopenko etnik karel nəslindəndir. Babası SSRİ–Finlandiya müharibəsinin iştirakçısı olub. Kiyev Milli Linqvistik Universitetinin Alman filologiyası fakültəsini ingilis dili müəllimi ixtisası üzrə bitirib. Eyni zamanda idmanla da məşğul olub. O, "Dinamo" (Kiyev) futbol klubunun aktiv azarkeşlərindən (ultra) biridir.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Denis Qolovanov
Denis Qolovanov (rus.:Денис Голованов) (27 mart 1979, Soçi, Krasnodar diyarı) — Rus tennisçi.
Denis Rader
Denis Rader dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biridir. Denis 1974-1991-ci illərdə Kanzasda ən az 10 nəfəri qətlə yetirib. BTK (bind, torture, kill-bağla, işgəncə ver, öldür) adı ilə tanınır. Hər cinayıtindın sonra isə polisə qurbanını necə əzab verərək öldürdüyünü təsvir edən məktublar göndərib. Çox maraqlı öldürmə üsulu olub. Əvvəlcə qurbanını tutub kəndirlə bağlayır, sonra qəsdən qaçmasına şərait yaradır və bu prosesi dəfələrcə təkrarlayaraq onların cinsi fəal vəziyyətə gəlməsinə səbəb olurdu. Daha sonra isə onları zorlayaraq öldürürdü. Bir maraqlı fakt isə odur ki, BTK mühafizə şirkətinin əməkdaşı olub, işi isə evlərə qatillərdən qorunmaq üçün siqnalzasiya sistemin quraşdırmaq olub.
Denis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. == Həyatı == Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Denis Silva
Adətən Denis Silva və ya Denis kimi tanınan Denis Silva Kruz (28 dekabr 1985-ci il təvəllüdlü) — Rio Branko-ES-də müdafiəçi mövqeyində oynayan Braziliyalı peşəkar futbolçudur. == Karyerası == Denis peşəkar karyerasına 2006-cı ildə "İmperatriz" klubunda başladı. Bir mövsüm bu klubda forma geyinən Denis, 2007/08 mövsümü üçün "Qama" futbol klubuna transfer olundu. 2008-ci ildə klubla yollarını ayırdı və Lənkəranın Xəzər klubuna transfer olundu. 2010-cu ilə qədər Azərbaycan klubunda forma geyinən Denis, komandası üçün keçirdiyi 42 oyunda 3 qolla yadda qaldı. 2010-cu ildə komandadan ayrılaraq "Qremio Barueri" klubuna keçdi və klubda 12 oyun keçirdi. Qısa müddət ərzində Braziliyadan yenidən Azərbaycana qayıdan Denis, bu dəfə "Neftçi" klubunda forma geyindi. "Neftçi" ilə UEFA Çempionlar Liqasının 2011/12 mövsümünün təsnifat mərhələsində, Dinamo Zaqreb klubuna qarşı keçirilən ilk matçda start heyətində yer aldı. Ardıcıl 2 mövsüm ərzində Bakı klubunda forma geyinən Denis, 59 oyunda iştirak etdi və 2 qol vurmağı bacardı. 2012-ci ildə klub onu, Braziliyaya icarəyə göndərdi, bu 2010-cu ildə Denisin formasını geyindiyi "Qremio Barueri" klubu idi.
Denis Suarez
Denis Suarez (6 yanvar 1994, Salseda de Kaselas[d], İspaniya) — Yarımmüdafiəçi.