adveksiya 2021
adventiv 2021
OBASTAN VİKİ
Adventist İnkişaf və Yardım Agentliyi
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum. Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur. == Missiya == ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir. == Məqsəd == ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir: Ərzaq Təhlükəsizliyi İqtisadi İnkişaf İlkin Səhiyyə xidməti Fövqəladə vəziyyətin idarə edilməsi Əsas təhsilADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik.
Adventist İnkişaf və Yardım Agentliyi (AİYA)

Yeddinci günün adventistləri
Yeddinci Günün Adventistləri — protestant xristian məzhəbi. == Yaranması == 1831-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının Hempton şəhərində yaşamış baptist icmasının moizəçisi Uilyam Miller vaiz kürsüsünə çıxaraq, İsa Məsihin ikinci zühurunun yaxınlaşdığını bildirmişdir. Onun sözlərinə görə, bu əlamətdar hadisə on iki il sonra, yəni 1843-cü il martın 21-də baş verməli idi. Uzun illər Bibliyanı tədqiq etdikdən sonra belə nəticəyə gəldiyini iddia edən və bu məqsədlə "Məruzə icmallarında izah edilmiş İsa Məsihin 1843-cü ildə ikinci dəfə zühur edəcəyinə dair Müqəddəs Kitabdan və tarixdən dəlillər" adlı kitab nəşr edən Miller qısa müddətdə həm ölkəsində, həm də onun hüdudlarından kənarda xeyli tərəfdar toplamışdır. Beləliklə, yeni xristian dini cərəyanının əsası qoyulmuş və Millerin ardıcılları adventistlər (latınca "adventus" – zühur etmək) adlanmağa başlamışlar. İsa Məsihin gəlişini səbirsizliklə gözləyən Millerin ardıcılları onun alovlu nitqlərini maraqla dinləmiş və həmin ana sidqi-ürəklə hazırlaşmışlar. Bu "tarixi gün" gəlib çatdıqda minlərlə insan əllərində gül dağlara qalxaraq İsa Məsihi qarşılamağa çıxmış, lakin bunun baş vermədiyini görüncə məyus olmuşlar. İnamını itirməyən və insanlar qarşısında yalançı çıxmaq istəməyən Müller İsa Məsihin növbəti ilin yazında gələcəyini bildirmişdir. 1844-cü ilin yazında gözlənilən zühur baş vermədikdə, Miller yeni tarix müəyyənləşdirmişdir. Onun fikrincə, İsa Məsih 1844-cü ilin oktyabrında gəlməli idi, lakin bu da olmayınca, Miller və ardıcılları ümidsizliyə qapılmış, bu dövr cərəyanın tarixinə "Böyük məyusluq" adı ilə düşmüşdür.