Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Desikasiya
Desikasiya — bitkilərin yığımdan qabaq qurulması; bitkinin yetişməsini sürətləndirir və məhsulun maşınla yığılmasını asanlaşdırır. == Haqqında == Desikasiya desikantlar adlanan kimyəvi maddələrlə aparılır. Ən çox pambıqçılıqda tətbiq edilir. Desikasiya qozalar 60–74% açdıqca aparılırsa, məhsuldarlığı və keyfiyyəti aşağı salmır. Desikasiya at paxlası, acıpaxla, şəkər çuğunduru, çəltik, buğda və s. əkinlərində də məhsul yığımından əvvəl tətbiq edilir.
Ulnar deviasiya
Ulnar deviasiya – əl barmaqlarının dirsək sümüyünə tərəf əyilməsidir. MKF-ın yarımçıxığı ilə əlaqədardır. Ən çox assosiasiya olur: RA, SSk, DM, SLE, elastik psevdoksantoma, pannikulit və travma.