Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Develop (jurnal)
"Develop" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı və eyniadlı veb saytı. "Develop" şirkətinin baş qərargahı Hertfordşir qraflığında, Hertford şəhərində yerləşir. "Develop"u oyun sənayesi və videooyunlara həsr olunmuş digər nəşrlərdən fərqləndirən öz diqqətini videooyunların istehsalı və oyun istehsalçılarına yönəltməsidir. Jurnalın bütün materiallarını dərc edən "develop-online" veb-saytı 17 iyul 2007-ci ildə fəaliyyətə başlamışdır. == Develop conference == "Develop" videooyun istehsalçıları üçün Braytonda "Develop conference" adlı illik konfransına ev sahibliyi edir. İlk konfrans 2006-cı ildə keçirilmişdir. == Develop 100 == "Develop 100" dəstəklənən oyun istehsalçıları üçün illik reytinq sistemidir. "Develop 100" videooyunların istehsalı ilə məşğul olan dünyanın ən böyük studiya və şirkətlərinin reytinqlərini özündə əks etdirir və müxtəlif meyarlara əsaslanır.2009-cu ildə "Blizzard" şirkəti "Develop 100"də birinci yeri tutaraq keçmiş lider "Nintendo"nu ikinci yerə salmışdır.