warp1
n I 1. deformasiya, əyilmə, qabarma (rütubətdən, istidən); The wood has developed a slight warp Taxtada bir balaca deformasiya / əyilmə baş veribdir; 2. məc. dəyişiklik; təhrif, səhv mühakimə; a ~in smb.’s character bir kəsin xasiyyətində dəyişiklik; 3. suyun gətirdiyi lil; 4. k.t. bala salma (heyvanlarda)
n II toxuc. əriş, çillə
warp2
v 1. deformasiya olmaq, əyilmək, qabarmaq; şəklini dəyişmək; The hot sun warped the boards İsti günəş taxtaları qabartdı; 2. təhrif etmək, pozmaq, korlamaq, dəyişmək (nöqteyi-nəzəri, fikri və s.); His judgement is warped Onun fikri / mühakiməsi təhrif olunub; 3. k.t. lillə münbitləşdirmək; 4. k.t. bala atmaq / salmaq (heyvanlarda)