Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DEVGRU
Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin Xüsusi Müharibə İnkişaf Qrupu (ing. United States Naval Special Warfare Development Group) ümumi adı ilə DEVGRU — Amerika Donanmasının Terrorla Mübarizə və Xüsusi Missiya bölməsidir. Rəsmi olaraq SEAL Team 6-ya bağlandıqdan sonra qurulmuşdur. Qeyri-rəsmi mənbələrə görə DEVGRU sadəcə yenidən qurulmuş “SEAL Team 6”-dır. Delta Force ilə birlikdə JSOC adlı təşkilata tabedirlər və ABŞ Xüsusi Əməliyyatlar Birliyinin ən elit 2 birliyindən biridir. Tier 1 (1-ci səviyyə) sayılır. Dünyadakı terror hücrələrini və əlaqələrini aşkar etmək, məhv etmək və ya tutmaq onların əsas vəzifələridir. Bundan başqa, Dənizdə Terrorla Mübarizə sahəsində dünyanın ən yaxşılarından biridir.Bundan əlavə, SEAL Team Sixin qurucusu olan Riçard Marsinko, təlimlərdə DEVGRU əsgərlərinin həftədə 2500-3.000 atəş açdığını söyləmişdir. DEVGRU-nun bəzi əsgərlərinin TASK Force 121-də iştirak etdiyi güman edilir.
DevOps
DevOps ("Development" və "Operations" ingilis sözlərinin qısa forması) proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqamların hazırlanması prosesidir. Həmçinin bu prosesə hazırlanmış proqramların inteqrasiyası, testi, serverdə yerləşdirməsi və gələcəkdə lazım olarsa hər hansı digər bir mühitə daşınması prosesinin avtomatlaşdırılması da daxildir. Bu prosesin və ya mədəniyyətin formalaşdırılmasında əsas məqsəd proqram təminatının daha sürətli və etibarlı şəkildə hazırlanması, lazımi dəyişikliklərin edilməsi və sifarişçiyə çatdırılmasıdır. DevOps sistemlərin inkişaf dövrünü təkmilləşdirmək və qısaltmaq üçün bir vasitə kimi proqram təminatının hazırlanması (Dev) və İT əməliyyatlarının (Ops) işini inteqrasiya edir və avtomatlaşdırır. == Tarixi == Agile 2008-ci il konfransında Andre Şafer və Patrik Debis "Agile Infrastructure" təqdim elədilər. DevOps anlaylşı 2009-cu ildə isə Belçikada keçirilən və bir neçə gün davam edən "devopsdays" (devops günləri) konfrasından sonra məşhurlaşmağa başladı. O vaxtdan bəri dünyanın bir çox ölkələrində bu tipli konfranslar keçirilməkdədir. == Ümumi baxış == Adətən funksional olaraq şöbələrə və ya qruplara ayrılmış təşkilatlarda demək olar ki, İT əməliyyatları arasında inteqrasiya olmur. Lakin DevOps elə bir proseslər və metodlar çoxluğu ortaya qoyur ki, tətbiqi proqramların yardilması, testi və proqramı təhvil alındıqdan sonra olan əməliyyatlar daima bir biri ilə əlaqəli şəkildə inkişaf etsin. == DevOps alətlər zənciri == Devops əməkdaşlıq nəticəsində formalaşan bir prosess olduğundan konkret unikal "DevOps aləti" mövcud deyil.
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
Bulbophyllum devium
Bulbophyllum devium (lat. Bulbophyllum devium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonim == Bulbophyllum distans J.J.Sm.
Dendur məbədi
Dendur məbədi — koptik əlyazmada göstərildiyi kimi VI əsrdə (544, 559, və ya 574 cü illərə təsadüf edir) Nubiya hökmdarı Eyparnomun göstərişi ilə məbəd kilsəyə çevrilmişdir. Dendur məbədi Misir iqtidarının ABŞ hökumətinə hədiyyəsi kimi təqdim olunur. ABŞ prezidenti isə onu Lindon B. Conson 1965 ci ildə Metropoliten muzeyinə hədiyyə etmişdir. Pavilyonda məbədin ətrafındakı su sahəsi Nil çayını simvolizə edir.
Betti DeVos
Yelizavet "Betti" DeVos" (8 yanvar 1958[…]) — Holland əsilli ABŞ siyasətçisi, Miçiqan ştatından iş adamı, filantrop, təhsil fəalı. Bir neçə il Respublikaçılar Partiyası Miçiqan ştatı təşkilatının sədri olub. 23 noyabr 2016-cı il tarixində ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp onu təhsil naziri təyin edəcəyini elan edib.
Devol müqaviləsi
Devol müqaviləsi — Birinci səlib yürüşündən sonra Antioxiya knyazı I Boemund ilə Bizans imperatoru I Alexios arasında 1108-ci ildə imzalanan müqavilədir. Müqavilə günümüzdə "Devol" olaraq bilinən Bizans qalası olan Diabolisdə imzalandığından bu adla tanınır və Antioxiya knyazlığını Bizans İmperiyasının vassal dövlətinə çevirmək məqsədi daşıyırdı. Birinci səlib yürüşünə çıxan Xaçlı ordusu, müsəlman dövlətlərinin üstünə yerimədən əvvəl Konstantinopola toplaşaraq fəth edəcəkləri hər ərazini Bizans İmperiyasına verməyə söz verdilər. Ancaq I Alexiosun keçmiş düşməni Robert Qviskarın oğlu Boemund, Antioxiya knyazlığının özünün olduğunu bildirdi. Alexios Antioxiya knyazlığını tanımadığı üçün Boemund dəstək almaq üçün Avropaya getdi. Alexiosa qarşı müharibə elan etsə də, çox keçmədən təslim olmalı və müqavilə imzalamalı oldu. Boemund, müqavilənin şərtlərinə əsasən imperatora bağlı olmağı, lazım olduqda ordularını Bizans İmperiyasının xidmətinə təqdim etməyi və həmçinin Antioxiyaya bir Yunan patriarxını təyin etməyə razı oldu. Bunun müqabilində isə ona sebastos və duks adı verildi və onun varislərinə Edessa qraflığına getmək hüququ təmin olundu. Müqavilənin ardından Apuliyaya geri dönən və burada ölən Boemundun Antioxiya knyazlığında naib olan qardaşı oğlu Tancred müqaviləsinin şərtlərini rədd etdi. Antioxiya 1137-ci ildə müvəqqəti Bizans hakimiyyəti altında olmasına baxmayaraq, 1158-ci ildə həqiqətən Bizans vassalı oldu.
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. == Coğrafiya == Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.
Devon (pornoaktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsidir. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır.İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır. Daha sonra "Digital Playground" Devonla 2004-cü ildə müqavilə imzalamışdır.
Devon Aoki
Devon Aoki (10 avqust 1982, Nyu-York, ABŞ) — amerikalı aktrisa və model. == Filmoqrafiya == Bu Amerikalı aktrisa və top model bir çox filmlərdə çəkilib. Bunlara misal olaraq "Forsaj 2" (ingiliscə: 2 fast 2 furious), "Günahlar şəhəri" (ingiliscə: Sin city), "Müharibə (ing. War), "Mutantların xronikası" filmlərini göstərmək olar.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Devon (porno aktrisa)
Devon Stiker (25 mart 1977, Allentaun, Pensilvaniya, ABŞ) — ABŞ pornoaktrisası və rəqqasəsidir. == Həyatı == Devon 25 mart 1977-ci ildə ABŞ-də anadan olmuşdur. Bir bacısı ve iki qardaşı vardır. 15 yaşına qədər gimnastika ve rəqs dərsləri almışdır. Liseyi bitirdikdən sonra ofisiantlığa başlamış ve daha sonra Pensilvaniyanın Ridinq şəhərində yerləşən "Al's Diamond Cabaret" adlı klubda rəqqasə olaraq 3 il çalışmışdır.İlk olaraq erotik filmlərdə rol almışdır. Bir müddət sonra porno sektoruna girmiş ve "Vivid Entertainment" ilə müqavilə imzalamışdır. 2001-ci ildə "Penthouse" jurnalında ayın mükafatını qazanır (ing. Pet of the Month). 2002-ci ildə porno karyerasında ilk mükafatını almışdır. Daha sonra "Digital Playground" Devonla 2004-cü ildə müqavilə imzalamışdır.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
NTD Servis Devon
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Novı Dvor Krolevski
Novı Dvor Krolevski (pol. Nowy Dwór Królewski) — Polşanın mərkəzi hissəsində bir kənddir.
Buduçnost Banatski-Dvor FK
Buduçnost Banatski-Dvor FK - Serbiyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == Bir dəfə Avropa kuboklarında iştirak edib.
Anyer-an-Devolüi
Anyer-an-Devolüi (fr. Agnières-en-Dévoluy, oks. Anhera en Devoluí) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05002. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 266 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 175 nəfərdən (15-64 yaş) 141 nəfəri iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 80.6%, 1999-cu ildə 81.8%). Fəal olan 141 nəfərdən 134 nəfər (73 kişi və 61 qadın), 7 nəfər işsiz (1 kişi və 6 qadın) idi.
Sent-Etyen-an-Devolüi
Sent-Etyen-an-Devolüi (fr. Saint-Étienne-en-Dévoluy, oks. Sant Estève de Devolui) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq (qoyun) təşkil edir. Qış turizmi inkişaf edir (xizək kurortu).
Sent-Etyen-an-Devolüi (kanton)
Sent-Etyen-an-Devolüi (fr. Saint-Étienne-en-Dévoluy) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0519. Sent-Etyen-an-Devolüi kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Sent-Etyen-an-Devolüi kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 1032 nəfər təşkil edirdi.