Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bad Spenser
Bad Spenser (it. Carlo Vicente Pedersoli); 31 oktyabr 1929[…], Neapol, İtaliya krallığı – 27 iyun 2016[…], Roma) — İtaliya aktyoru, ssenaristi, prodüsseri və musiqiçisi. == Həyatı == Bad Spenser 31 oktyabr 1929-cu ildə İtaliyanın Neapol şəhərində fabrikant ailəsində anadan olmuşdu. 1935-ci ildə birinci sinfə getmişdi. 1937-ci ildə üzgüçülüyə başlamışdı. 1940-cı ildə ailəsi ilə birlikdə Roma şəhərinə köçmüşdü. Bu şəhərdə gimnaziyaya yazılmış və üzgüçülük bölməsinə qeyd olunmuşdu. Bad Spenser 17 iyun 2016-cı ildə vəfat edib.
Diana Spenser
Ledi Diana Spenser və ya Ledi Di (ing. Lady Diana Spencer, ing. Diana, Princess of Wales; 1 iyul 1961[…], Sandrinqem[d], Norfolk qraflığı – 31 avqust 1997[…], Parisin 13-cü dairəsi[d]) — Uels şahzadəsi, III Çarlzın birinci həyat yoldaşı. == Həyatı == Diana Spenser 1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gəlib. Spenserlər bir neçə nəsillər boyu Kral Ailəsi ilə sıx bağlı olmuşdur. Diana doğulanadək Spenserlər, ailə xəttinin davam etməsi üçün oğlan övladına ümid bəsləyirdilər. Diana Müqəddəs Mariya Maqdalena Kilsəsində, Sandringhemdə vaftiz (xaç suyuna salınma) edilmişdi. Diana ailənin beş uşağından dördüncüsü idi. Diananın üç bacı-qardaşı var idi: Sara, Ceyn və Çarlz. Onun Con adlı körpə qardaşı da vardı, lakin o Diana doğulmamışdan bir il əvvəl vəfat etmişdi.
Herbert Spenser
Herbert Spenser (ing. Herbert Spencer; 27 aprel 1820[…], Derbi, Derbişir[d][…] – 8 dekabr 1903[…], Brayton, Şərqi Susseks qraflığı[d][…]) – ingilis filosofu və sosioloqu. İngiltərədə sosiologiyanın əsasını qoyanlardan biridir. Pozitivizimin təşəkkülündə əvəzsiz rolu olmuşdur. == Həyatı == Məşhur ingilis filosof və sosioloqu Herbert Spenser, 1820-ci ildə Derbidə (Derbişir qraflığı) doğulmuşdur. Atası Corc Anqlikan məzhəbi ilə əlaqəli bir məktəbdə müəllim idi. Atası da daxil olmaqla bir çox ailə üzvü müəllim olan Spenser qırx yaşına qədər heç bir təhsil almamışdır. Kembircdə təhsil almaq təklifindən imtina etmişdir. Təəccüblü bir qürürla "Nə uşaqlığımda, nə də gəncliyimdə heç bir dənə də İngilis dili dərsi almamışam, indiyə kimi qrammatika mövzusunda heç bir biliyim yoxdur" demişdir. Sistemli təhsil almamasına, oxumağı çox sevməməsinə baxmayaraq bir çox elm sahəsində minlərlə fikir ortaya qoymuş, və təkamül nəzəriyyəsində Çarlz Darvinin bir nömrəli rəqibi olmuşdur.
Oktavia Spenser
Oktavia Spenser — ABŞ-lı aktrisa və yazıçı.1970-ci ilin may ayında anadan olmuşdur.
Spenser Treysi
Spenser Treysi (ing. Spencer Tracy, 5 aprel 1900 - 10 iyun 1967) - Amerika aktyoru.
Spenser Tunik
Spenser Tunik (ing. Spencer Tunick; d. 1 yanvar 1967) — yəhudi əsilli ABŞ fotoqrafı.
Spenser körfəzi
Spenser körfəzi (ing. Spencer Gulf) – Avstraliya qitəsi sahillərində, Cənubi Avstraliya ştatında, Böyük Avstraliya körfəzindən yuxarıda yerləşən körfəz. Körfəzin ən uzun hissəsi 320 km, ən enli hissəsi isə 129 km-dir. Körfəzin qərb sahilində Eyr yarımadası, şərq hissəsində isə onu Müqəddəs Vinsent körfəzindən ayıran York yarımadası yerləşir. Körfəzi Böyük Avstralia körfəzindən ayıran şərti sərhəd Matteu Flinders tərəfindən Eyr yarımadasındakı Keyp ucqarından York yarımadasındakı Keyp Spenserə qədər uzanan xətt müəyyən edilmişdir. Körfəzin sahillərində yerləşən ən böyük şəhərlər Port Linkoln, Uaylla, Port Payri və Port Avqustdur. == Tarix == Körfəz Matteu Flinders tərəfindən 20 mart 1802-ci ildə Uels şahzadəsi Diananın əcdadı Corc Con Spenserin (İkinci Örl Spenser) şərəfinə adlandırılmışdır.
Spenser (İspaniya futbolçusu)
Enrike Qomez Munoz (isp. Enrique Gómez Muñoz) və ya Spenser (isp. Spencer; 20 iyul 1898, Sevilya – 14 mart 1926) — hücumçu mövqeyində çıxış etmiş İspaniya futbolçusu. == Klub karyerası == İspaniyanın Sevilya şəhərində anadan olan Spenser 1913-cü ildə, 15 yaşında doğma klubu "Sevilya FK"-ya qoşulmuşdur. O, karyerasının böyük əksəriyyətini burada keçirmişdir. Spenser diqqətini dərslərə cəmləməsi üçün futbol oynamağı dayandırmasını istəyən atasını yanıltmaq üçün bu ləqəblə oyun keçirmişdir. Spenser hərbi xidmətini yerinə yetirmək üçün Ovyedo şəhərinə köçürüldükdən sonra "Real Ovyedo FK"-da çıxış etmişdir. == Vəfatı == Spenser apandisit cərrahiyyəsi zamanı yaranan fəsadlar səbəbindən 14 mart 1926-cı ildə, 27 yaşında vəfat etmişdir. Həmin gün "Sevilya"nın həmin il İspaniya Kral Kubokunda "Real Madrid FK"-nı qarşıladığı ev oyunundan əvvəl bir dəqiqəlik sükutla yad edilmişdir. Oyundan sonra hər iki komandanın oyunçuları onun tabutunu minlərlə azarkeşin iştirakı ilə qəbiristanlığa aparmışdır.