Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. == F-16 Solo Display Team == Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. == AH-64D Apache Solo Display Team == Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Head-up display (geyminq)
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.