Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Alqofobiya
Alqofobiya — təkcə ağrılı hisslərdən deyil, həm də ağrılı hisslərə səbəb ola biləcək hər şeydən həddindən artıq qorxudur. Normal bir insanda göründüyündən daha anormal və sabitdir. İnsana böyük ziyan vuran və tez-tez təkrarlanan bu fobiya insanın psixoloji ağrılar keçirməsinə, fobiyanın yenidən bir qapalı dairədə oyanmasına və ağrı yaratmasına səbəb olur. Bu sikl insan üçün kifayət qədər yorucudur. Oldukça abartılı olan bu acı korkusu, anksiyeteye yol açabilir. == Etimologiya == Alqofobiya sözü yunanca ἄλγος(álgos) "ağrı" və φόβος(phóbos) "qorxu" sözlərindən ibarətdir. == Simptonlar == Alqofobiya nəfəs ala bilməmək, huşunu itirmə, güclü tərləmə, ürəkbulanma, ağızda quruluq, xəstə hiss etmək, titrəmə, ürək döyüntüsü, dəqiq düşünə və ya danışa bilməmək, ölüm qorxusu, qəzəb hissi və ya nəzarəti itirmək, reallıqdan uzaqlaşma hissi və ya böyük bir narahatlıq hücumu kimi simptonlarla özünü göstərə bilər.
Serbofobiya
Serbofobiya (serb. Србофобија) — Serbiyaya, serblərə, serb dilinə və ya Serb Pravoslav Kilsəsinə qarşı nifrət və ya düşmənçilik hisslərini tərif etmək üçün istifadə edilən ümumi sosial-siyasi termin. Bu fenomen tarixən serb xalqının və sosial qrupunun təqib edilməsinə, təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Serbofobiya termini indiki dövrdə bütün xalqla əlaqəli olaraq serblərə tarixi nifrətin tərifi kimi qəbul edilir, serblərə bağlı hər şeyin, xüsusilə də serb dövlətçiliyinin rəddi və onlara nifrət hissi ifadə edir. Digər tərəfdən, Serb Respublikasının Bosniya və Herseqovina daxilində ayrıca bir muxtar serb bölgəsi olaraq rədd edilməsi də buna aiddir. Bu fikrin ən parlaq nümayəndəsi XIX–XX əsrlərdə mövcud olan Xorvatiya Hüquqlar Partiyası idi. Bu partiyanın ən ifrat elementləri İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya krallığında hakimiyyətə gələn və serblər, yəhudilər, qaraçılar və dissidentləri hədəf alan irqi qanunlar qəbul edən ustaşlar xorvat faşist təşkilatı olmuşdur. Bu, serblərin və Müstəqil Xorvatiya Dövlətində (1941–1945) yaşayan digər azlıq qruplarının üzvlərinin soyqırımı ilə nəticələnmişdir. == Tarixi == === Osmanlı imperiyasında === KosovoSerbofobiya 1877–1897-ci illər arasında baş verən Osmanlı–Serb və Osmanlı–Yunan müharibələri nəticəsində Kosovo vilayətində böyüyür. 1878-ci ildə baş tutan Vranye döyüşü ilə minlərlə alban əsilli Osmanlı qoşunu və albaniyalı mülkilər Osmanlının Kosovo vilayətinin şərq hissəsinə qaçmalı oldular.