Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ethernet
Ethernet — latın dilindən tərcümədə efir (lat. aether) deməkdir. Lokal kompüter şəbəkələrinin paket texnologiyasıdır. Bu texnologiya şin topologiyası ilə işləyir. Ethernetdə kabelin uzunluğu 500 m-dir. Ethernet lokal şəbəkələrinin əsas xarakteristikaları 10 BASE 2 Nazik Koaksial (RG-58 om) kabel 10 BASE 5 Qalın Koaksial (RG-11 om) kabel 100 Base T Burulmuş cütlük UTP 5 100 BASE F Optik kabelQalın Ethernet — yoğun koaksial kabel vasitəsilə qurulmuş yerli Ethernet şəbəkəsi. Yoğun naqil — koaksial kabelin qalın növü. İncə Ethernet — nazik koaksial kabel vasitəsilə qurulmuş lokal Ethernet şəbəkəsi. == Haqqında == 1973-cü ildə Xerox şirkətində işləyən Bob Metcalfe tərəfindən PARC (Palo Alto Research Center) mərkəzində inkişaf etdirilərək ilk dəfə sınaqdan keçirildi. Ethernet o tarixdən etibarən geniş yayılmağa başladı və sürətə inkişaf etdirildi.
Edenit
Edenit — mineral, amfibol, NaCa2Mg5 [(OH,F)2½AlSi7O22], == Haqqında == Edenit — ferroedenit izomorf seriyasının son üzvü. Ferroedenitdə Mg təmamilə Fe2+- lə əvəz olunmuşdur. Bu seriyanın bütün üzvlərində komponent kimi adi hornblend iştirak edir. Edenit ideal tərkibinə yaxın amfibollar Mg-la zəngin olan dəyişilmiş püskürmə süxurlarda; dolomitlər içərisində, kontakt metasomatik dəyişilmiş əmələgəlmələrdə biotit, şpinel və qranatla birlikdə rast gəlinir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Termit
Termitlər (lat. Isoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan infradəstəsi. El içində bu həşəratlara əsasən ağ qarışqa desələr də, bunlar qarışqa deyillər. == Termit (ağ qarışqa) inqulinləri == Termit inqulinləri də qarışqa yuvalarında olduğu kimi kimyəvi gizlənmə yolu ilə termit yuvalarına daxil olurlar. Termit inqulinlərinin, qonaqlarının vücud divarındakı epikutikular hidrokarbon qarışıqlarının quruluşunu təqlid etdikləri müəyyən edilmişdir. Bir qarışqa növü olan hipoponera eduardi ilə termit növlərindən retikulitermas santonensis və qrassei arasındakı münasibət də bunu açıq şəkildə göstərməkdədir. H. eduardi, termitləri ovlamaqla bəslənməsinə baxmayaraq termit yuvasına daxil olarkən heç bir təcavüzkar davranışla qarşılaşmır. Həm ovçu, həm də ov olan növlərdə münasib formada bənzər kimyəvi molekulların olması, termitlərin qarışqalara xoş davranmalarına səbəb olur. Qarışqa-termit münasibətlərində, vücud divarındakı bənzərlikdən tamamilə fərqli bir kimyəvi gizlənmənin olduğu da bildirilməkdədir. Alifatik alkollara malik termit ovçusu bəzi qarışqalar, termit qalereyalarına daxil olanda, onlarda diqqət davranışı meydana gəlməkdədir.
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Eternal Fire
Eternal Fire – 2021-ci ildə Furkan Güven tərəfindən yaradılmış Türkiyə kiberidman klubu. Klubun "League of Legends", "Counter-Strike: Global Offensive" və "Valorant" bölmələri fəaliyyət göstərir. == League of Legends == 2023-cü ildə "5 Ronin" klubunun Türkiyə Çempionluq Liqasından kənarlaşdırılmasının ardından "Eternal Fire" öz komandasını yaradacağını və yay splitinə qatılacağını açıqlamışdır. Komandanın heyəti hələki məlum deyil.
Eteric adaları
Eteric adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar amerika paleotoloqu Riçard Emmett Etiricin şərəfinə adlandırılmışdır. Adaların ayrılıqda adı yoxdur. == Yerləşməsi == Adalar arxipelaqın cənubunda, Quker adasının cənub-qərb qutaracağında yerləşən Uqolnıy burnundan 11 km cənubda yerləşir. == Xüsusiyyətləri == Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri adanın uzunluğu 2,5 km, eni isə 1,2 km-dir. Kiçik ada isə 800 metr uzunluğa sahibdir.
Eterna Lyutsina
Eterna Lyutsina (ing. overeign State of Aeterna Lucina) — Avstraliyada yerləşən mikrodövlət. 1978-ci ildə qurulmuş və qurucusunun ölümünə qədər davam etmişdir. == Tarixi == Eterna Lyutsinanın qurucusu və "Ali Lordu" mülkiyyət sənədi ilə adını Paul Baron Noyman olaraq dəyişdirən Alman mühaciri Paul Noyman idi. Byran Bayde yaşayarkən mikrodövləti qurdu və daha sonra onu Sidneydəki Kerl Kerlə və nəticədə Kumuya köçürdü. Baron Neumann Kara-Bağ ünvanını sürgündə olan Əfqanıstanın keçmiş Kralı III Həsəndən aldığını və ayrıca professorluq, doktorluq və ilahiyyat elmləri dərəcələri də daxil olmaqla yüzlərlə digər mükafata layiq görüldüyünü iddia etdi. Ən azı bir "cəngavərlik" satdı.Eterna Lyutsina, 1990-cı ildə Noymanın Yeni Cənubi Uels məhkəmə sistemində torpaq satışı cinayətləri ilə bağlı fırıldaqçılıq ittihamı ilə qarşılaşdığı zaman ictimaiyyətin diqqətini çəkdi.Məsələ 144 000 Avstraliya dolları ilə əlaqəli idi. Onunla birgə olan bir neçə iş adamı torpaq fırıldaqçılığı və viza saxtakarlığında ittiham olunur. == Siyasət == Eterna Lyutsinanın nə konstitusiyası, nə də qanunları var idi. Buna görə də diktaturanı onun möhkəmlənmiş idarəetmə forması kimi qəbul edirdilər.
Termit qaynağı
Termit qaynağı — tozvari metallik alüminium və ya maqneziumun, həmçinin dəmir yanığından ibarət qarışığın qızdırılması üçün istifadə olunan qaynaq üsulu. == Proses == 8 Al + 3 Fe3O4 = 9 Fe + 4 Al2O3 + Q Alüminium əsasında termitdən istifadə etdikdə birləşdirici detallar oda davamlı metallarla qəliblənir, qızdırılır, qaynaq yerə əridici termitlə əvvəlcədən yandırılır (elektrik qövsü və ya qoruyucu ilə). Maye dəmir əsas metalla əridilərək möhkəm birləşmə əmələ gətirir. == Tətbiqi == Alüminium əsasında termik qaynağı polad və çuqun detalların birləşmələri üçün – relslərin, boruların quraşdırılması, qatların örtülməsi, müxtəlif məmulatların (məsələn, elementlərin torpaqlama kontutu) hazırlanmasında istifadə olunur. Maqnezium əsasında termit əsasən telefon və teleqraf xətlərinin çəkilməsində istifadə olunur. Termik qarışığından mərkəzindən kanal keçən damalar hazırlanır. Bu kanallardan qaynaq yaratmaq üçün məftillər keçir. Maqnezium əsaslı termit kiçik diametrli boruların qaynağında istifadə oluna bilər. == Azərbaycanın dəmir yollarında tətbiqi == Termitli (alüminiumtermitli) qaynaq relsərin müəyyən hissə ilə qaynağı zamanı istifadə olunur. İşi iki-üç nəfərdən ibarət briqada yerinə yetirir.
Etrit Berişa
Etrit Berişa (10 mart 1989, Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı. == Karyera == Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir. Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır.
Fibre Channel over Ethernet
Fibre Channel over Ethernet (FCoE; azərb. Ethernet üzərindən fiber kanal‎) — Ethernet şəbəkələri üzərindən fiber kanal çərçivələrini əhatə edən kompüter şəbəkəsi texnologiyası. Bu, fiber kanal protokolunu qoruyan zaman fiber kanala 10 Gigabit Ethernet şəbəkələrindən (və ya daha yüksək sürətlərdən) istifadə etməyə imkan verir. Spesifikasiya 2009-cu ildə nəşr olunmuş İnformasiya Texnologiyaları Standartları üzrə Beynəlxalq Komitəsinin T11 FC-BB-5 standartının bir hissəsi idi. == Funksionallıq == FCoE Ethernet ötürmə sxemindən asılı olmayaraq fiber kanalı birbaşa Ethernet üzərindən nəql edir. FCoE protokol spesifikasiyası fiber kanal yığınının FC0 və FC1 qatlarını Ethernet ilə əvəz edir. Əsl fiber kanal konstruksiyalarını saxlamaqla FCoE mövcud fiber kanal şəbəkələri və idarəetmə proqramı ilə inteqrasiya etməyi nəzərdə tutur. Məlumat mərkəzləri TCP/IP şəbəkələri üçün Ethernet və saxlama sahəsi şəbəkələri (SAN) üçün fiber kanaldan istifadə edirdilər. FCoE ilə fiber kanal ənənəvi internet protokolu (IP) trafiki ilə yanaşı, Ethernet üzərində işləyən başqa bir şəbəkə protokoluna çevrilir. FCoE, TCP və IP üzərində işləyən iSCSI-dən fərqli olaraq, şəbəkə protokolu yığınında birbaşa Ethernet üzərində işləyir.