Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vicdanlı etirazçı
Vicdanlı etirazçı — vicdan azadlığı, fikir azadlığı və din azadlığına əsaslanaraq, hərbi xidmət keçməkdən imtina etmək hüququnun olduğunu iddia edən şəxs.
Siyasi məhbuslara dəstək etirazı
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. == Tarix == 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.