Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ezoterik
Ezoterik [alm. Esoterisch; fr. Èsoterique; yun. Esoterikos – daxildə içəridə; osm. tr. batin; ər. تاؽٍ ] Ezoterik termini ilə yalnız savadlılar üçün nəzərdə tutlmuş, yalnız mütəxəssislərin başa düşəcəyi ideyanı, nəzəriyyəni adlandırırlar. Müəyyən bir insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məhdud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat.
Ezoterika
Ezoterika — özünü kəşf etmək, həyatın mahiyyətini yaxından dərk etmək, insanın gizli imkanlarını və kainatın sirlərini dərk etməyin bir yolud. Ezoterik anlayışları 6 böyük qrupa bölmək olar: 1. Düşüncələrini idarə etmək - Düşüncə insan beyninin tikinti materialıdır. İnsan beyni düşünərək formalaşır. Bir gündə beynimizdən 70 min fərqli düşüncə keçir. Seçilən və üzərində diqqət toplanan düşüncə güc qazanır və insanı idarə edir. Düşüncələri idarə etməsək onlar bizi idarə edər və bu da fəsada yol açar. 2. Duyğularını idarə etmək - 20-yə yaxın duyğu mövcuddur. Əsas 4 duyğu var: qorxu, qəzəb, sevinc və kədər.
Eqzoterik
Eqzoterik [alm. Exoterich; fr. Exoterique; ing. Exoteric; yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru, xarici mənasını verər. Bir təlimin ictimaiyyətə açıqlanan və bilməsinə icazə verilən qisimlərini ifadə edir. Ezoterik, etimoloji olaraq ―içə dönük, daxili mənasını verir.
Ezoterizm
Ezoterizm (yun. esoterikos-daxili) — "populyar", mütəxəssis olmayana aydın olmayan ideya, nəzəriyyə. Hadisələrin daxili, mühüm (ezoterik) və xarici (ekzoterik) əlaqələrinin ifadəsi üçün də tətbiq edilir. == Haqqında == Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan və həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bilikdir. Ezoterik biliklərin toplusu, sistemi ezoterizm adlanır. Ezoterizm (yunanca ezoterikosdaxili, batini) dini, fəlsəfi, yaxud da hər hansı digər təlimlərin batini doktrinalarını özündə təcəssüm etdirən ümumiləşdirici addır. O, həmçinin kosmosun gizli qüvvələri ilə təması və kosmik inkişafı özündə ehtiva edən biliklər toplusudur. Ezoterizmi insanın təfəkkürünün və dünyaya baxışının alternativ formalarından biri kimi də müəyyən etmək olar. Ezoterik reallıq ruhi və vital reallıqdır. Ezoterik həqiqət, hər şeydən əvvəl, insanın özünə ünvanlanıb, yalnız özündən keçirəndən sonra o, zahiri aləmə yönəlir.
İzotermik proses
İzotermik proses (yun. ἴσος -bərabər və θέρμη - isti) — sabit temperaturda sistemin halının dəyişməsi. Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tətbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. == İzotermik proses və Boyl-Mariott qanunu == İzotermik proses və Boyl-Mariott qanunu arasında sxematik əlaqə vardır. İzotermik proses Boyl-Mariott qanununun hesabına izah edilir.