Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Fərəcan
Aşağı Fərəcan
Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.
Aşağı Fərəcan
Aşağı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonunun Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən kənd Həkəri çayının sol sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin cənub-qərb ətəyindədir. Keçmiş adı Haraldır. 1954-cü ildə qonşu Fərəcan kəndindən köçüb gəlmiş ailələr məskunlaşdığı üçün kəndin adı dəyişdirilərək Aşağı Fərəcan adlandırılmışdır. Oykonim "Aşağıda yerləşən Fərəcan kəndi" deməkdir 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilik idi.
Fəriman şəhristanı
Fəriman şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Fəriman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 86,428 nəfər və 20,925 ailədən ibarət idi.
Pərican (Hurand)
Pərican (fars. پريجان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (29 ailə).
Yuxarı Fərəcan
Yuxarı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonu Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların məlumatına görə, kənd keçmışdə Fərəc adlanmışdır və Səfiyan kəndindən Fərəc adlı bir Şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Sonralar Fərəc şəxs adının sonuna cəmlik bildirən -an şəkilçisi əlavə olunmuşdur. Oykonim "fərəclər" və ya "Fərəc yeri" mənasındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Mehrican xatın
Mehrican xatın (XIII əsrin əvvəlləri) — sultan Toğrulun qızı, Atabəylər dövləti nin axırıncı hökmdarı Müzəfərəddin Özbəy in arvadı. Xarəzmşah Cəlaləddin Azərbaycana soxulanda Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan arvadı Mehrican xatın özünün nüfuzu hesabına Xoy, Səlmas və Urmiyə ni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatın 1225 ildə Təbrizli Şəmsəddin lə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.