Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vera Fiqner
Vera Nikolayevna Fiqner Filippova (əsl adı: rus. Ве́ра Никола́евна Фи́гнер Фили́ппова; 25 iyun (7 iyul) 1852, Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 15 iyun 1942[…], Moskva) — inqilabçı siyasi fəal. Hökumətin inqilabi devrilməsinə nail olmaq məqsədilə terrordan istifadəni müdafiə edən gizli Narodnaya volya (azərb. Xalqın iradəsi‎) qrupunun lideri Fiqner 1881-ci ildə II Aleksandrın uğurlu sui-qəsdinin planlaşdırılmasının iştirakçısı idi. Daha sonra tutulan Fiqner məhkəmə iclasınadək 20 ay birnəfərlik kamerada qalmış, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilmişdi. Cəza sonradan dəyişdirilmiş və Fiqner daxili sürgünə göndərilməzdən əvvəl 20 il Şisselburq qalasında həbs edilmişdir. Fiqner yaşadıqlarını qələmə aldığı, bir çox dilə tərcümə edilmiş memuarına görə beynəlxalq səviyyədə şöhrət qazandı. 1917-ci il Fevral inqilabından sonra o, inqilabi fədakarlığın qəhrəmanlıq ikonası kimi qəbul edilir və bu illər ərzində xalq arasında lider kimi ad qazanır. Sonralar Fiqner SSRİ-də Keçmiş Siyasi Məhbuslar və Didərginlər Cəmiyyətində (1935-ci ildə ləğv edilib) məşhurlaşır. Fiqner 1937-ci il repressiyalarından qurtula bilmiş və 1942-ci ildə 89 yaşında təbii səbəblərdən vəfat etmişdir.