Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fetişizm
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir.Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır. Mağaralarda qalanan ocaqlar müqəddəsləşdirilərək nəslin davamlılığını bildirmişdir.
Fetişizm (dəqiqləşdirmə)
Fetişizm — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Fetişizm həmçinin bu mənalarada gələ bilər: Meta fetişizmi — marksist nəzəriyyənin ən orijinal konseptuallaşdırmalarından biridir. Seksual fetişizm — cansız bir obyektə və ya qeyri-genital bədən hissəsinə cinsi saplantıdır.
Seksual fetişizm
Seksual fetişizm və ya erotik fetişizm cansız bir obyektə və ya qeyri-genital bədən hissəsinə cinsi saplantıdır. Maraq obyekti fetiş adlanır; o obyekt üçün fetiş olan şəxs fetişistdir. Seksual fetiş cinsi həyəcana qeyri-patoloji yardım kimi və ya insan üçün əhəmiyyətli psixososial narahatlıq yaradırsa və ya həyatının mühüm sahələrinə zərərli təsir göstərirsə, psixi pozğunluq kimi qəbul edilə bilər. Bədənin müəyyən bir hissəsinə olan istək daha çox partializm kimi təsnif edilə bilər.Tibbi təriflər seksual fetişizm terminini obyektlərə və ya bədən hissələrinə məhdudlaşdırsa da, fetiş ümumi diskursda xüsusi fəaliyyətlərə cinsi marağa da istinad edə bilər.
Ayaq fetişizmi
Ayaq fetişizmi — ayaq və ayaq barmaqlarının boyu, topuqlar və dabanı, uzun dırnaq, təmizliyi və ya kirliliyi, ayaqqabılı və corablı geyinmiş halda və ya qoxusundan cinsi zövq alınması. Qarşı cinsə və ya öz cinsləri arasında tətbiq edilə bilər. Ayaqsevərlər həzz duyduqları ayaqları öpməkdən, yalamaqdan, oxşamaqdan, qoxlamaqdan zövq alırlar. Ayaq fetişizminin kişilər arasında ən məşhur fetişizm növü olduğu bildirilmişdir.Fetişizm, bir obyektə olan həddindən artıq bağlılıq olaraq müəyyən edilə, corab, ayaq və s. şeylər ola bilər. Fetişizm deyilincə ilk ağla gələn ayaq, corab və ayaqqabıdır, ancaq fetişizm göbək, qulaq, əl, uniforma və s. qarşı hiss oluna bilər. Google axtarış statistikalarına görə kişilərin 16%-i ayaq fetişistidir. Həmçinin 2017-ci ildə Belçikada aparılan bir araşdırmaya görə kişilərin 17%-ində və qadınların 4%-ində ayaq fetişi aşkarlanmışdır.
Əmtəə fetişizmi
Əmtəə fetişizmi – əmtəə istehsalı şəraitində istehsal münasibətlərinin insanlar arasında maddiləşməsi(fransızca fétiche-fetiş, pərəstişgah; portuqalca feitico-sehirbazlıq, tilsim deməkdir). Bu anlayışın özü tamamilə Karl Marksa məxsusdur. Əmtəə fetişizminin mahiyyəti insanlar arasındakı münasibətlərin əşyalaşmasında, əşya-əmtəənin onlar üzərində hakimiyyətidir. Burada insanlar üzərində hakim isehsal münasibətlərnin kortəbiiliyi zahirən onların üzərində müəyyən şeylərin hakimliyi təzahür edir. Əmtəə istehsalçısı özünün hər günki təcrübəsində əmin olur ki, onun maddi rifah halı əmtəənin bazarda "özünü aparmasından",onların satılıb-satılmamasından, baha və ya ucuz satılmasından asılıdır. Beləliklə, əmtəəyə çevrilmiş əşyalar sanki "canlı ruha" malik olurlar, yəni əmtəə forması almış əmək məhzulları insanın taleyini idarə edirlər. Buradan da əmtəəyə fövqəltəbii qüvvə kimi mistik münasibət əmələ gəlir. Əmtəə fetişizmi tarixi hadisə olub , obyektiv xarakter daşıyır və [kapitalizm|Kapitalizm] dövründə ən yüksək inkişafa çatır.İnsanlar arasında iqtisadi münasibətlərin maddiləşməsi şeylərin təbii xassələri ilə deyil,ictimai istehsalın təşkili xüsusiyyətləri ilə müəyyən olunur([K.Marks|Karl Marks], Kapital, c.1,səh. 83).K.Marksın fikrincə, yalnız əmtəə(bazar) təsərrüfatını məhv etməklə əmtəə fetişizmindən qurtulmaq olar.
Feminizm
Feminizm (lat. femina – "qadın") — qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat.Feminizm qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsi kimi anlaşılır, lakin daha çox onu geniş şəkildə cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər). == Haqqında == Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. Bu hərəkat qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Feminizmin ilk dalğası XIX əsrin sonu XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-də hərəkat daha kütləvi xarakter aldı. Bu çoxsaylı aksiyalarda bir sıra təşkilatların və bir çox lidersiz və öz ənənəvi anlamında nəzəri strategiyasız kiçik qrupların yaranmasında təzahür etdi.
Fetişist
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir.Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır. Mağaralarda qalanan ocaqlar müqəddəsləşdirilərək nəslin davamlılığını bildirmişdir.
Anarxo-Feminizm
Antipornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Yaponiyada feminizm
Yaponiyada feminizm hərəkatının başlanğıcı Meyci dövrünə gedib çıxır. == Tarix == === Meyci dövrü === 1868-ci ildə Yaponiyada baş verən Meyci islahatlarından sonra hökumət Qərb dünyasından bir çox sistem, fikir və ideyanı mənimsəməyə başlamışdır. Eyni zamanda hökumət yeni dövlətə xidmət edəcək vətəndaşları yetişdirməyin yollarını kəşf etmək istəyirdi. 1870-80-ci illərdən başlayaraq aralarında müəyyən sayda qadınlar olmaqla bəzi yaponlar Qərb dünyasında inkişaf etmiş hüquq mühazirələri əsasında ictimai fikirlərini bildirməyə çalışmışdılar. Qadın hüquqları uğrunda edilən ilk tələblər Xalqın hüquqları hərəkatının bir parçasını təşkil edirdi. Qadın hüquqlarını tələb edən ilk qadın isə Kusunose Kita idi. Dul qalmış və ev başçısı olan 45 yaşlı bu qadın 1878-ci ildə petisiya yazaraq seçkilərdə iştirak etmək istədiyini bildirmişdi. Həmin dövrdə bu hüquq kişilərə məxsus idi. Hüquq müdafiəçiləri onu hələ də "İnsan hüquqlarının nənəsi" adlandırsalar da, cəhdi uğursuz olmuşdu. Buna baxmayaraq, qadınların kişi-qadın bərabərliyi və qadın hüquqları uğrunda tələbləri daha da güclənmişdir.Xalqın hüquqları hərəkatından narahat olan hökumət 1875-ci ildə mətbuata senzura gətirən qanunlar qəbul etmişdir.
Keti Fetişi
Keti Fetişi (alb. Keti Fetishi; 15 aprel 1997) — Albaniya peşəkar velosipedçisi. 2017-ci ilin yazından bəri, UCI Women’s Team kateqoriyasında onceria Zabri - Fanini Albaniya velosiped komandasında çıxış edir.
Anti-pornoqrafik feminizm
Antipornoqrafik feminizm — feminizmdə, o cümlədən pornoqrafiyanı inkar edən və onu qadınlara qarşı zorakılığın növlərindən biri hesab edən radikal budaqdakı cərəyanlar. Antipornoqrafik feminizm tərəfdarlarının fikrincə, pornoqrafiya qadın cinsiyyətini alçaldır, norma ilə bağlı təhrif olunmuş təsəvvürlər verir və gender zorakılığına səbəb olur. Amerikalı feminist və yazıçı Robin Morqan bu ideyanı "pornoqrafiya — nəzəriyyə, zorlama — təcrübə" kimi ifadə etmişdir. Feminizm nəzəriyyəsində antipornoqrafik feministlər Karl Marksın ideyalarına, o cümlədən fetişləşmə və qadının əmtəəyə çevrilməsi ideyalarına əsaslanırlar. Pornoqrafiya və fahişəlik onlar tərəfindən qadınların istismarı ilə işləyən iki bərabər kommersiyalaşdırılmış sahə olaraq görülür. Feminizmin bu istiqamətinə seksual liberal feminizmə qarşı qoyulur.
Cənubi Koreyada feminizm
Cənubi Koreyadakı feminizm — Cənubi Koreyadakı feminist və ya qadın hüquqları hərəkatının mənşəyi və tarixidir. Cənubi Koreyada qadınların seçki hüququ 1948-ci il milli konstitusiyasının 11-ci maddəsinə daxil edilmişdir. Konstitusiyada "bütün vətəndaşlar qanun qarşısında bərabərdir və siyasi, iqtisadi, sosial və ya mədəni həyatda cinsi, dini və sosial statusuna görə ayrı-seçkilik olmamalıdır" deyilir.
Beynəlxalq münasibətlər nəzəriyyəsindəki feminizm
Beynəlxalq münasibətlər nəzəriyyəsindəki feminizm — beynəlxalq münasibətlərin klassik nəzəriyyələrinə etirazla 1960-cı illərdə beynəlxalq proseslərin öyrənilməsinə tənqidi yanaşma kimi meydana çıxmışdır. Bu gün beynəlxalq münasibətlərə feminist yanaşma sürətlə inkişaf edən, beynəlxalq münasibətlər sahəsini yenidən təyin edən və onlara öz töhfəsini verən bir sahədir. == Tarixi == Beynəlxalq münasibətlər nəzəriyyəsində feminist cərəyan 1960-cı illərin ortalarında beynəlxalq münasibətlərin klassik nəzəriyyələrinə müxalifət kimi formalaşmağa başladı. Lakin 1980-ci illərə qədər feminizm alimlərin araşdırmalarının periferiyasında qaldı, qender fərqləri, yəni cinsin sosial aspektləri ilə bağlı olan fərqlər nəzərə alınmadı. Feminist hərəkatın nümayəndələri elmdə mövcud olan beynəlxalq münasibətlərin bütün nəzəriyyələrinin kişilər tərəfindən dünyagörüşünə əsaslandığını, qadınların baxışının və siyasi inkişafındakı töhfələrinin nəzərə alınmadığını iddia etdilər. Ona maraq 1980-ci illərin sonlarında beynəlxalq münasibətlər elmində "Üçüncü mübahisə" ilə birgə artdı. Bu zaman, intizam sahəsinin həm epistemoloji, həm də ontoloji əsaslarını etiraz edən tənqidi nəzəriyyə və postmodernizm ilə bağlı elmi nəticələrin əhəmiyyətli dərəcədə yeni bir kütləsinin ortaya çıxması ilə yadda qaldı.. Bundan əlavə, SSRİ-nin dağılmasından və iki qütblü sistemin dağılmasından sonra dünyada beynəlxalq münasibətlər, xüsusilə də milli təhlükəsizlik haqqında elm üçün əsas olan müharibə və sülh məsələlərinin yeni tədqiqatları meydana gəldi. Feminizm məktəbi də bu tədqiqatlara öz töhfəsini vermiş, məsələn, realist paradiqmada, kişi mövqeyini daha çox əks etdirən təhlükəsizlik hərbi-siyasi terminlərdə dövlətin xarici müdaxiləsindən və bütövlüyündən sərhədlərin qorunmasını təmin etmək kimi müəyyən etmişdir. Feminizm "təhlükəsizlik" termini hər hansı bir zorakılıq kimi başa düşülür.
Fətislam Əbilov
Fətislam “Petay” Əbiloviç Əbilov (2 (15) mart 1915, Udarne[d], Cankoi rayonu[d] – 15 avqust 2005, Jukovski, Moskva vilayəti) – İkinci Dünya müharibəsi zamanı 135-ci Atıcı Qvardiya Alayının komandanı kimi Sovet İttifaqı ordusunda xidmət etmiş və həyatının əksər hissəsində Anatoli kimi tanınan Krım tatarı olan hərbçi. O, 1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına alyiq görülmüşdür. O, hələ müharibə illərində bu ada iki dəfə namizəd göstərilsə də, Krım tatarı olmasına görə rədd edilmişdi. == Həyatının erkən dövrü == Əbilov 1915-ci ilin 15 martında Krım yarımadasında yerləşən Çadra Şeyx Əli kəndində anadan olmuşdur. 7 sinif məktəbdə oxuduqdan sonra metallurgiya sahəsində və dövlət fermasında traktor sürücüsü kimi çalışmışdır. 1937-ci ildə Qırmızı Ordu sıralarına daxil olmuşdur. 1939-cu ildə Tiflisdəki piyada məktəbini bitirmiş və 1942-ci ildə Kommunist Partiyasına daxil olmuşdur. == İkinci Dünya müharibəsi == Əbilov 1941-ci ildə alman hücumu başladıqdan bir müddət sonra cəbhəyə göndərilmişdir. O, bu zaman kapitan rütbəsində idi və atıcı taborun komandanının müavini vəzifəsində xidmət edirdi. 1942-ci ilin sentyabr ayında o, 1292-ci atıcı alayın komandanı təyin edildi və 1943-cü ilin 8 iyun tarixinə qədər bu vəzifədə qaldı.