Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fironlar adası
Faraonlar adası (ərəb. جزيرة فرعون‎) — Qırmızı dənizə dail olan Akaba körfəzində yerləşən qayadan ibarət olan ada. Ada misirə məxsusdur. Adanın sahəsi 0.039 km²-dir. 2013-cü il məlummatına görə adada daimi yaşayış yoxdur. == Coğrafiyası == Sinay yarımdasından bir qədər aralıda, Ərəbistan yarımadasından isə qərbbdə yerləşir. Ada Tabadan 8 km cənubdadır. Adanı sinay yarımadasından ensiz boğaz ayırır. Ada ilə yarımada arasında ən qısa məsafə 190 metrdir. Adanın uzunluğu 350 m, eni isə 170 metrdir.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.
Fironun siqarları
Fironun siqarları - Belçikalı Hergénin komiksi Tintinin macəralarının 4-cü hissəsidir.
Asiya (Fironun arvadı)
Asiya — Fironun arvadı. Allah təala "Qurani-Kərim"də onun adını çəkmişdir. Onun əri ən qəddar fironlardan biri idi. Asiya fərqli gözəlliyə və incə hisslərə malik bir qadın idi. O, ərinin əhaliyə verdiyi zülmə, istibdada qarşı çıxırdı. Asiyanın əri Fironun təkəbbürü və lovğalığı o həddə çıxdı ki, rəblik iddiası etməyə başladı. O, belə deyirdi: "Mən sizin uca rəbbinizəm". O, əhalini qorxu altında saxlamağa başladı. Camaat çarəsizlikdən ona boyun əydi və Allaha yox, Firona səcdə etdi. Firon həddini aşmışdı.