Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda UNO görülməsi halları
Bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. == 1952 == Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. == 2014 == Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
Suriya Görüşləri (1969)
== Məzmun == Filmdə Azərbaycan nümayəndə heyətinin Suriyaya səfərindən, burada keçirdiyi görüşlərdən və tədbirlərdən bəhs olunur.
Afrika görüşləri (film, 1961)
Afrika görüşləri filmi rejissor Seyfulla Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinooçerk Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Afrika ölkələrinə qastrol səfərlərindən bəhs edir. == Məzmun == Kinooçerk Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Afrika ölkələrinə qastrol səfərlərindən bəhs edir.
Suriya görüşləri (film, 1969)
== Məzmun == Filmdə Azərbaycan nümayəndə heyətinin Suriyaya səfərindən, burada keçirdiyi görüşlərdən və tədbirlərdən bəhs olunur.
İsgəndərin Nüşabə ilə görüşməsi
İsgəndərin Nüşabə ilə görüşməsi — 1545-1550-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Əsərin daxil olsuğu əlyazması Los-Anceles Dairəsi İncəsənət Muzeyində saxlanılır. == Mövzu == Nizaminin “İsgəndərnamə” poemasında, İsgəndər eşidir ki, Bərdədə Nüşabə adlı bir qadın padşahdır. O, öz sarayında yalnız qadınları saxlayır və kişiləri yanına buraxmır. İsgəndərin elçisi adı ilə şəxsən Nüşabənin yanına gələn İsgəndər padşah hüzurunda baş əymir, qılıncını açmır, çox cəsarətlə və ötkəm danışır. Bu zaman Nüşabə duyur ki, qarşısında dayanan elçi yox, İsgəndərin özüdür. O, deyir: Makedoniyalılarla düşmən olmaq istəməyən Nüşabə simvolik ziyafət düzəldib , İsgəndərə yemək əvəzinə daş-qaş təklif edir. İsgəndərin Sualına Nüşabə cavab verir ki, Nüşabənin bu dərin mənalı, müdrik sözləri İsgəndərə təsir edir, onu müharibədən uzaqlaşdırır. == Təsviri == Rəssam öz əsərində ibrətamiz süjetin incəliyini dərk edib onu məharətlə miniatür dilinə çevirmiş, mətnə uyğun olaraq, Nüşabənin ətrafında yalnız qadınlardan ibarət saray əhli təsvir etmişdir. Şəklin mərkəzində, ornamentlərlə bəzədilmiş tağ altında qızılbaş papaqlı İsgəndər və Nüşabə əyləşmişlər.
Xosrovun çimən Şirini görməsi
Xosrovun çimən Şirini görməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçıların fikrincə, daha əvvəl də, bu mövzuda müxtəlif rəssamlar tərəfindən rəsmlər çəkilməsinə baxmayaraq, məhz Sultan Məhəmmədin əsərində mövzü özünün klassik həllini tapmışdır. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini axtarmaq üçün Ərmənə gələn Xosrov, yolda çayda çimən gözəllə qarşılaşır. Onu, hürkütməmək üçün, gizlincə izləyən Xosrov, saraya gəldikdən sonra, yolda gördüyü gözəlin Şirin olduğunu başa düşür. Mövzuya dəfələrlə, müxtəlif rəssamlar tərəfindən müraciət olunsa da, onların yaratdıqları miniatürlərdə daimi bir sxem yoxdur. XV–XVI əsr Şiraz və Təbriz miniatürlərində kompozisiyanın əsas quruluşunun bədii cəhətdən ifadə edilməsindəki fərdi fərqlərə baxmadan, süjet inkişafının vahid yolu müşahidə olunursa, Hindistanda XVII əsrin sonlarında bu mövzulu rəsmlərin kompozisiyası tamamilə ayrı əsasda yaradılırdı."Xosrovun çimən Şirini görməsi" süjetini təsvir edən ən qədim miniatür 1420-ci il tarixli Berlin əlyazmasındakı Şiraz məktəbinə aid nümunədir. == Təsvir == Miniatürün mərkəzində şaxəli ağaclar və bəyaz çiçəklərlə örtülmüş qaya fonlu bir mənzrədə gözlənilməz yad kişinin — Xosrovun ona baxmasını görüb özünü itirmiş, ilk hərəkətlə uzun qara saçları ilə çılpaqlığını gizlətməyə çalışan Şirin təsvir olunmuşdur. Gözəl miniatür dili ilə nəql edilən bu süjet şux və əlvan boyalarla işləndiyindən zərif və zəngin rəng qammasına malikdir.
Albert Eynşteynin dini və fəlsəfi görüşləri
Albert Eynşteynin dini görüşləri geniş araşdırılmış və çox vaxt səhv başa düşülmüşdür. Albert Einstein, Baruch Spinoza panteist Tanrıya inandığını bildirdi. İnsanların taleyi və hərəkətləri ilə əlaqəli bir şəxsi Tanrıya, sadəlövh kimi təsvir etdiyi bir mənzərəyə inanmırdı. Ancaq "mən ateist deyiləm", özünü aqnostik, və ya "dindar olmayan" adlandırmağı üstün tutduğunu aydınlaşdırdı. Eynşteyn, ölümdən sonra həyata inanmadığını da ifadə edərək, "bir həyat mənə kifayətdir" dedi. Ömrü boyu bir neçə humanist qrupla yaxından maraqlanırdı. == Dini inanclar == Eynşteyn, " aqnostik ", "dinə inanmayan" və " Spinoza tanrısı " ndakı "panteist" inancı da daxil olmaqla, dini fikirlərini təsvir etmək üçün bir çox etiketlərdən istifadə etdi. Eynşteyn, Allah probleminin "dünyada ən çətin" olduğuna inanırdı və "sadəcə bəli və ya yox" cavab verə bilməz. O, "cəlb olunan problem məhdud ağlımız üçün çox böyük olduğunu" etiraf etdi. === Erkən uşaqlıq === Eynşteyn dünyəvi yəhudi valideynləri tərəfindən böyüdü və Münhendə yerli katolik ictimai ibtidai məktəbində oxudu.
Amerikan güləşi
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Qol güləşi
Armrestinq və ya qol güləşi Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında, pablarda yaranan qol güləşdirməsi və ya armrestli bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminquey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur. == Qaydalar == Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarla keçirilir. Bu növün banisi Bill Soberanus ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycanda bu yarışlar ancaq ayaqüsü keçirilir. İdmançılar bir-birinin biləyindən yapışır, hakimin hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin biləyini qayışla bağlayır.
Çimərlik güləşi
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü. == Tarixi == İlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər. 2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Azərbaycan milli güləşi
Azərbaycan milli güləşi — Azərbaycanın milli idman növü. Bakı və onun ətraf ərazilərində — Maştağa, Nardaran, Buzovna, Zabrat kimi qəsəbələrdə, həm də Azərbaycanın bir çox rayon və şəhərlərində Gəncə, Şəki, Qazax, Salyan, Tovuz, Zaqatala və s. məşhurdur.Azərbaycan milli güləşi zamanı rəhləvanların görüşdükləri meydan isə zorxana adlanır. == Tarixi == Azərbaycan xalqının bədən tərbiyəsinin ən mühüm vasitələrindən biri qədim zamanlardan xalq güləşi olub. Xalq güləşi üzrə həmişə yerli yarışlar keçirilib. Rəsmi olaraq isə Azərbaycanda 1937-ci ildən həm rayon, şəhər, həm də respublika birinciliyi uğrunda yarışlar keçirilir.Güləşin tarixinin yenidən yaradılması və güləş qaydalarının sistemləşdirilməsi istiqamətində çoxlu işlər gənc azərbaycanlı alim, Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun dosenti E.Rəhimov tərəfindən aparılmışdır.Pəhləvanların görüşü, tarixi salnamələrin yazdığı kimi, çox vaxt bütün orduların döyüşünün taleyini həll edirdi. Təbiətcə güclü olan, nəhəng taxta gürzlərlə, hətta diri dəvə ilə məşq edən, bir əli ilə daş plitələri qaldıran, bir neçə güclü kişi ilə döyüşə girən Muştağı kəndindən olan Altı Aylaq haqqında xalq əfsanəsi var. Bakıda Qız Qalasının yanında zorxana xüsusi otaqda mendereslər (qoçular) tələbələrlə dərs keçir, pəhləvanlarla döyüşürdülər.. Azərbaycan Tarixi Muzeyində zorxana alətləri sərgilənir. Bu əşyalar ağır idi (zorxana milləri, gürzlər, qalxanlar, yekbargirlər, gildaşlar) və məşq üçün istifadə olunurdu.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yunan-Roma güləşi
Yunan-Roma güləşi — güləşin dünyada geniş yayılmış bir növüdür. Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Klassik güləşməni götürək. Onu qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar.
Azərbaycan Qol Güləşi Federasiyası
Azərbaycan Qol Güləşi Federasiyası — == Haqqında == Azərbaycan Qol Güləşi Federasiyası 2009-cu ildən təsis olunub. Hal-hazırda Azərbaycan Qol Güləşi Federasiyası Dünya və Avropa Armrestlinq Federasiyalarının tam hüquqlu üzvüdür.