Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göyərdici (Tikantəpə)
Göyərdici (fars. گوگردچي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 191 nəfər yaşayır (50 ailə).
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Öyrədici mətnlər
Məlumat mətnləri — məlumat vermək, düşünmək, istiqamətləndirmək, xəbərdarlıq etmək, fikirləri dəyişdirmək, xəbər vermək və ya nəyisə təbliğ etmək məqsədi ilə yazılmış mətnlərdir. Belə mətnlər məşğul olduqları janrlara görə fərqlənir. Məlumat mətnlərində dil istinad funksiyasına malikdir. Deyilməsi çətin olan və məzmun təkrarları ilə cümlələrin gedişatını pozan sözlər təlimat mətnlərinə daxil edilmir. Verilən məlumatlar müxtəlif səbəblər göstərilməklə qəbul edilməyə çalışılır. Ritorik və məcazi mənalara çox üstünlük verilmir. Məqalələr, lətifələr, esselər, tənqidlər, xatirələr, tərcümeyi-halı, nitq, məktub, deyim, müsahibə, səyahət yazısı və xəbər məqaləsi kimi mətnləri bura aid etmək olar. == Mətn növləri == Elmi mətnlər - Elmi araşdırmaların obyektiv, mənbəli və aydın bir dillə izah edildiyi mətnlərdir. Qəzet ətrafında hazırlanmış mətnlər - Məqalə, anekdot, inşa, tənqid, söhbət, müsahibə, xəbər məqalələri Şəxsi həyatla bağlı mətnlər - Memuar, səyahət yazısı, bioqrafiya, avtobioqrafiya, məktub, gündəlik Fəlsəfi mətnlər - Fəlsəfi mövzular və varlıq, bilik, əxlaq, gerçəklik kimi mövzular əhatə olunur. Tarixi mətnlər - Bunlar tarixi hadisələrin müzakirə edildiyi və izah edildiyi mətnlərdir.