Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözləyən
52°09′59″ şm. e. 4°28′37″ ş. u. Homunculus loxodontus (azərb. insanabənzər fil‎; daha çox "Gözləyən" kimi məşhurdur) — 2016-cı ildə holland rəssam Marqrit van Brifort (nid. Margriet van Breevoort) tərəfindən Leyden Universiteti üçün yaradılmış heykəl (Niderland). Əvvəlcə Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında quraşdırılıb. 2017-ci ilin fevral ayına olan məlumata görə, heykəl Leyden Universitetinin Tibb Mərkəzinin içərisinə, 10-dan çox başqa heykəllərin də olduğu foyeyə köçürülüb.Heykəl özündə gözləmə otağında stulda oturan dəniz fili başlı boz rəngli varlığı ehtiva edir. == Heykəlin yaradılması == Leyden Universiteti nəzdindəki xəstəxana "Leydendəki heykəllər" fondu tərəfindən hər il keçirilən müsabiqədə heykəl yaratması üçün Marqrit van Brevorta qrant ayırıb.