MÜNTƏZİM
MÜNTƏZİRƏN
OBASTAN VİKİ
Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (1922-19 dekabr 2009) — din xadimi, müctəhid. == Həyatı == Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib. Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır. Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi.

Digər lüğətlərdə

вдо́вствование закро́йная надво́рье незабу́дочка новозела́ндка реми́зить тегиля́й хи́линг неэкономи́чно топота́ть фанати́зм analcite antihelices blotting extraneity free-hearted newsmongering objectize pickthank registering resistibility unaspiring лишь насказать трепетно