Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Düdükçü
Düdükçü — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Düdükçü kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Kolatağ olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsində düdükçü nəslinə mənsub ailələr məskunlaşdığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Düdükçü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Hadisə-güdümlü proqramlaşdırma
Hadisə-güdümlü proqramlaşdırma, hadisələrlə idarə olunan proqramlaşdırma – proqramın daim hər hansı hadisənin baş verib-verməməsini (məsələn, klavişin basılmasını və ya siçanın yerdəyişməsini) “izləməsi” və onlara reaksiya verməsinə əsaslanan proqramlaşdırma üslubu. Belə yanaşma Apple Macintosh kompüterlərində işləyən, demək olar ki, bütün proqramlar üçün tələb olunur; o, Microsoft Windows kimi qrafik istifadəçi interfeyslərinin əksəriyyətində də tətbiq olunur.
Quluncu
Quluncu - Qərbi Azərbaycan ostanının kəndlərindən biridir ki, Urmiya şəhristanının Ənzəl bölümünün Cənubi Ənzəl qəsəbəsində yerləşib.4955 nəfər cəmiyyəti var..Əhalisinin əksəriyyəti kürəsünnilərdən ibarətdir ki Azərbaycan dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. == Həyatı == Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. == Siyasi fəaliyyəti == 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Oyun qurucu
Oyun qurucu müdafiəçi və hücumçular arasında yerləşən və vəzifəsi hər iki mövqedəki basketbolçulara kömək etmək olan oyunçu. Oyun qurucular komandanın xal qazanması üçün dəqiq və düşünülmüş paslar atır və bu mövqedə olanlar hər iki əlindən yaxşı istifadə etməyi bacarır. Bu mövqe amerikan futbolundakı kuotəbək(quarterback) və ya futboldakı pleymeyker(playmaker) ilə eynidir. Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook,Rajon Rondo və s.
Qudçu (Çaroymaq)
Qudçu (fars. قودچي‎‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (11 ailə).
Qurucu (film, 2016)
Qurucu (ing. The Founder) — John Lee Hancock və Robert Siegel tərəfindən yazılan 2016-cı ilin Amerika bioqrafik dram filmi. Michael Keatonun iş adamı Ray Kroc rolunda oynadığı film, McDonald's fast food restoran şəbəkəsini yaratmasından bəhs edir. Nick Offerman və John Carroll Lynch, McDonald'sın qurucuları Richard və Maurice McDonald rollarında oynayırlar. == Süjet == 1954-cü ildə Ray Kroc səyyar milkshake maşını satıcısıdır. Ethel adlı dəstəkləyici bir həyat yoldaşı olmasına və İllinoys ştatının Arlington Heights şəhərində rahat bir həyat yaşamaq üçün kifayət qədər pula qənaət etməsinə baxmayaraq, Ray daha çox şey arzulayır. Ray özünün milkshake maşınlarını satmağa çalışdığı restoranların bir çoxunun səmərəsiz işlədiyini də müşahidə edir. San Bernardinoda bir alış-verişin qeyri-adi çox sayda süd qarışığı sifariş verdiyini öyrəndikdən sonra Ray onu görmək üçün Kaliforniyaya gedir. Gördüyü şey — sürətli xidmət, yüksək keyfiyyətli yeməklər, birdəfəlik qablaşdırma və ailə dostu atmosferi olan məşhur gəzinti restoranı McDonald'sdır. Ray iki McDonald qardaş Maurice "Mac" və Richard "Dick" McDonald ilə görüşür.
Quyucu Murad Paşa
Quyucu Murad Paşa (1530, Bosniya əyaləti – 5 avqust 1611, Diyarbəkir) — I Əhməd səltənətində 4 il 7 ay 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Doğum tarixi və yeri bilinmir. Əslən boşnakdır. Vəfat etdiyi əsnada yaşı 90-nı keçdiyi üçün təxminən 1522-ci ildə dünyaya gəldiyi qəbul edilir. Dəvşirmə olaraq saraya alınmış, burada saray tərbiyəsi almışdır. Qanuni Sultan Süleymanın son illərində Yəmən bəylərbəyi olan Mahmud Paşanın kəndxudası olaraq xidmət etdi. Yenə Mahmud Paşanın Misir bəylərbəyliyində də yanında xidmət etdi. Bu illərdə Mahmud Paşanın qızı ilə evləndi və 1575-ci ildə Yəmən bəylərbəyi oldu. 4 ilə yaxın burada xidmət etdi və bu dövr ərzində bölgədə abadlıq işləri gördü. Ancaq Yəməndəki vəzifəsi əsnasında haqsız yerə sərvət qazandığı şayəsi yayıldı və bu səbəblə vəzifədən alınaraq İstanbula çağırıldı.
Quzuçu Oğlan (Məlikan)
Quzuçu Oğlan (fars. قربان كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (93 ailə).
Dahi qurucu (film, 2009)
Dahi qurucu — rejissor Almas Məmmədovanın 2009-cu ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə mərhum prezident, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs olunur. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Amerika Birləşmiş Ştatlarının qurucu ataları
Amerika Birləşmiş Ştatlarının qurucu ataları (ing. The Founding Fathers) — Amerika dövlətçiliyinin yaranmasında və əsasının qoyulmasında mühüm rol oynamış amerika xadimləri qrupu. Bəzi tarixçilərə görə, bura Amerika inqilabını təşkil edən və aparan ABŞ siyasətçiləri, hüquqşünaslar, dövlət xadimləri, əsgər və diplomatlar və ya sadəcə adi vətəndaşlar olaraq meydana gətirən On üç İngilis koloniyasının nümayəndələri daxildir. 1973-cü ildə tarixçi Riçard Morris aşağıdakı yeddi əsas Bani ataları təyin etmişdir: Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison və Corc Vaşinqton.
Hamlet İsaxanlı. Alim və qurucu ömrü
"Yusif Məmmədəliyev mükafatı laureatları" seriyasından Fuad Tanrıverdiyevin yazdığı və 1997-ci ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görən kitab. Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin 26 dekabr 1996-cı il 126 saylı qərarına əsasın çap edilmişdir. Kitabın redaktoru Elşad Quliyev dir. == Kitabın titul vərəqindən == Xalq arasında biliklər yaymaq, ürəklərdə maarif ziyası yandırmaq hər birimizin müqəddəs işi, mənəvi borcudur. J.H. Məmmədəliyev Maarifçilik, milli elmimizin tərəqqisi, dünya şöhrəti qazanması sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyəti İcraiyyə Komitəsinin qərarı ilə Hamlet Abdulla oğlu İsayev (İsaxanlı) Yusif Məmmədəliyev adına mükafatla təltif edilmişdir. == Məzmun == == "İşi sevən, işə yaradıcılıq kimi baxan yoruldum deməz, ruhdan düşməz" == == Biblioqrafik əlavələr == == Həmçinin bax == Hamlet İsaxanlı Elşad Quliyev == İstinadlar == Fuad Tanrıverdiyev. Hamlet isaxanlı. Alim və qurucu ömrü. Xəzər Universiteti Nəşriyyatı, Bakı, 1997 (Yusif Məmmədəliyev mükafatı laureatları).