Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülövşə
Gülövşə — Azərbaycan Respublikasının Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. == Tarixi == Eyni zamanda Gülövşə adı kənd adı olmaqla yanaşı Nar növünün adıdır. Ornotoponim olan indiki Gülövşə Gileşə Gileşi sözlərinn təhrif olunmuş forması olub yerin coğrafi qurluşu,torpaq örtüyü ilə bağlıdır.Gülövşə Gileşi,Gileşə qədim Türk dilində gilə-tay-bərabər ,gilli yer,gil olan yer mənasını verir.Məlumdur ki,dövri qədimdən kənd yaxınlığında çiy kərpicdən olan evləri şirələmək üçün sarə şirə gili çıxarılmışdır.İndidə ətraf kəndlər həmin yerin şirə gilindən stifadə edirlər. VII-VIII əsrlərdə ərəblər Azərbaycana gələrkən az miqdarda ərəb ailələri bu kənddə yerləşdirilmiş və kəndi Gileşə ərəb adlandırmışlar. M.Baharlı öz tədqiqatında ərəblərin Azərbaycanda saldıqları kəndlərdən bəhs edərkən indiki Yevlax ərazisində Ərəbbəsrə kəndi ilə yanaşı Giləşə ərəb kəndinində adını çəkir. Bəzi tarixi mənbələrdə kəndin adı Qələvşi ərəb adlandırılır.
Külövşə bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülsə Birsəl
Gülsə Birsəl (türk. Gülse Birsel; 11 mart 1971) — türk aktrisası, ssenarist və jurnalist. == İlk illər == 11 mart 1971-ci ildə Gültəkin və Semiha Şənər cütlüyünün üçüncü övladı olaraq İstanbulda dünyaya gəlmişdir. Atası vəkil, anası evdar qadın olmuşdur. Adı, anasının və atasının adlarının ilk hecalarından gəlir. Onun 15 yaş böyük qardaşı Bozkurt və 13 yaş böyük Dilək adında bacısı vardır. Böyük qardaşı oftalmoloq və keçmiş milli voleybolçudur. Orta təhsilini Bəyoğlu Anadolu Liseyində bitirmişdir. Orta məktəbin son sinfinə qədər aktyorluq peşəsini seçməyi düşünürdü. Lakin sonralar ailəsinin istəyi ilə Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. == Coğrafiyası == Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.