Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güvəndik
Güvəndik — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonimi göyənlik (otluq) sözü ilə və ya Güvəndik şəxs adı ilə bağlayırlar. Əslində, kəndin adı güvəndli/güvəndlik nəsil adı ilə bağlıdır. 1933-cü ildə kəndin adı Güyəndilər variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Şəhidləri === Fərzalıyev Samiq Misir oğlu (1992-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Güvəndik kənd kitabxana filialı, Güvəndik kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Güvəndik kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kuvandık
Kuvandık (rus. Куванды́к) — Rusiya Federasiyasının Orenburq vilayətinə şəhər. Kuvandık rayonunun mərkəzi. Sakmara çayının sol sahilində yerləşir. Dəmiryolu stansiyası, kriolit, mexaniki press, yağ zavodları, dəmiryolu nəqliyyatı müəssisələri, şəhər texniki peşə məktəbi, ölkəşünaslıq muzeyi və s. var. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == İstinadlar == == Mənbə == Кувандык // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Kuvandık dəhlizi
Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (başq. Ҡыуандыҡ/Ырымбур коридоры, qaz. Қуандық/Орынбор коридоры (дәлізі), rus. Кувандыкский коридор, Оренбургский коридор) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə. Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar. == Tarix == Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü: <…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.