Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zak və Kodinin gəmidəki macəraları
Zak və Kodinin gəmidəki macəraları (İngiliscə: The Suit Life On Deck) bir Disney Channel orijinal serialıdır. Zak və Kodinin əla həyatının davam serialıdır. Bu serialda Zak və Kodi yenə vardır. Amma bu səfər Tipton Hoteldə yox, S.S. Tiptondadırlar. Orada 7 Dəniz məktəbi adlı məktəbə gedərlər. Yeni dostlar taparlar. Serialın köhnə aktyor heyətində kiçik bir dəyişiklik olub. Eşli Tisdl yerinə Debbi Rayan (Beyli Pikket) gəlmişdir. Meddi (Eşli Tisdl) Bostonda universitetə getmişdir; ona görə bu səyahətdə yoxdur, lakin "Meddi gəmidədir" adlı seriyada seriala qonaq kimi gəlmişdir. Serial ilk əvvəl Disney Channelda yayımlandı.Sonra Disney XD ilə bərabər yayımlandı.İndi isə həm Disney XDdə həm də Disney Channelda yayımlanır.
Berndəki körpülərin siyahısı
Berndəki Are körpülərin siyahısı- İsveçrənin paytaxtı Bern şəhərinin Are çayı üzərində günümüzə qədər tikilmiş və ya dağıdılmış körpülərinin siyahısı. Bern şəhərində 18 körpü mövcuddur. Günümüzə qədər çatmış ən qədim körpü 1256-cı ildə tikilən və 1489-da bərpa olunan Untertor körpüsüdür. Ən uzun körpü isə 1116 m uzunluğundakı Felsenau dəmir yolu körpüsüdür. Körpülərin hamısı Are çayı üzərindədir.
Berndəki Are körpülərinin siyahısı
Berndəki Are körpülərin siyahısı- İsveçrənin paytaxtı Bern şəhərinin Are çayı üzərində günümüzə qədər tikilmiş və ya dağıdılmış körpülərinin siyahısı. Bern şəhərində 18 körpü mövcuddur. Günümüzə qədər çatmış ən qədim körpü 1256-cı ildə tikilən və 1489-da bərpa olunan Untertor körpüsüdür. Ən uzun körpü isə 1116 m uzunluğundakı Felsenau dəmir yolu körpüsüdür. Körpülərin hamısı Are çayı üzərindədir.
Yerdəki ulduzlar (film, 2007)
Yerdəki ulduzlar (hind: Taare Zameen Par) 2007-ci ildə Aamir Khan, Amole Qupte və Ram Madhvani tərəfindən çəkilmiş dram filmidir. Baş rollarda Darsheel Safary və Aamir Khan oynamışdır. Film Internet Movie Database saytında 10 baldan 8,5 bal əldə etmişdir. “Məncə Amol parlaq və təsir edici ssenari yazsa da, onun filmə töhfəsi bir yazıçının töhfəsi ilə məhdudlaşmır. Ən vacib işi film üçün musiqinin yaradılması da daxil olmaqla bütün preprodakşn işləri, onun tərəfindən həyata keçirilmişdir... Yaradıcı prodüser kimi çəkiliş meydançasında iştirak etdi və rejissor kimi ilk debütümdə mənə böyük bir dəstək və yaradıcılıq qüvvəsi bəxş etdi. Bunun üçün ona təşəkkür edirəm və həm də, mənə etibar etdiyi və mənə inandığı üçün ona xüsusi ilə təşəkkür edirəm”. Aamir Xan Filmin əsas çəkilişləri beş ay müddətində Hindistanda aparılmışdır. Xan rejissor kimi ilk iki gününü çəkiləcək ilk səhnənin (İşanın məktəbdən evə getməsi və bu yaxınlarda yığdığı balıqları götürməsi) yerini müəyyənləşdirmək ilə və yeni vəzifələrinin icrasını öz üzərinə götürməklə keçirmişdir. Tamaşaçıların kameradan xəbərdar olmamasının lazım olduğuna inanaraq, o, kamera hərəkətləri nisbətən az olan bu film üçün sadə çəkiliş tərzini seçmişdir.
Mərvdəki Qacar xanlığı
Mərvdəki Qacar xanlığı — Mərv bölgəsində 1747-ci ildən 1788-ci ilə qədər mövcud olmuş və Qacarlar tərəfindən idarə edilmiş müstəqil xanlıq. Xanlıq Səfəvi dönəmindən bueradakı vadinin hakimləri olan və Qacar tayfasının İzzəddinli boyuna mənsub şəxslər tərəfindən idarə edilmişdir. Xanlıq 1747-ci ildə Nadir şahın ölümündən sonra müstəqil olmuş və Buxara hakimi Danyal bəylə yaxşı münasibətlər qurmuşdur. Danyal bəydən sonra hakimiyyətə gələn oğlu Şah Murad 1785-ci ildə taxta oturmuş və xanlığın hakimi Bayram Əli xan Qacarın üzərinə hücum edəərk onu məğlub etmişdir. 1788-ci ildə bütün vadi Buxara ordusu tərəfindən ələ keçirilmiş və Buxara dövlətinə ilhaq edilmişdir. Mərv xanlığının sonuncu hakimi Məhəmməd Hüseyn xan Qacar İrana qaçmağa məcbur olmuşdur. == Zəmin == XVI əsr boyunca Mərv bölgəsi Buxara, Xivə və Səfəvi dövlətləri arasında mübahisəli bölgə idi. Mərv döyüşündə I İsmayılın bölgəni fəth etməsinə baxmayaraq, bir müddət sonra bölgə itirildi və Xivə xanlığının asılılığına keçdi. Abdulla xan Buxaralı 1593-cü ildə bölgəni yenidən ələ keçirdi. Lakin I Abbasın hakimiyyəti dövründə itirilmiş digər ərazilər kimi burada Səfəvi imperiyasına geri qaytarıldı və 1600-ci ildə qızılbaşlardan olan Bektaş xan Ustaclı oraya hakim təyin edildi.
Gərdək-i Sepiyan (Piranşəhr)
Gərdək-i Sepiyan (fars. گردكسپيان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (100 ailə).