Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qələdüz
Qələdüz — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Qələdüz oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir.
Aşaği Qalaquz
Aşaği Qalaquz - İrəvan quberniyasının Eçmiədzin qəzasında qışlaq adı. 1918-ci ilin əvvəllərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Şimali Qafqazda Kalaus-Bert yer-Barts (təpə), Kalaus (kənd), Kalaus (qala), Kalaus (çay) və Kalaus (kənd) toponimləri ilə sıra təşkil edir. Mənası məlum deyil. Bax: Kalauz.
Dağlı-Qələdüz bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.