Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gillem Anqlada-Eskude
Gillem Anqlada-Eskude (isp. Guillem Anglada-Escudé; 1979, Terrassa, Kataloniya) — İspaniya astronomu. Onun 2016-cı ildə rəhbərlik etdiyi bir astronom qrupu Yerə ən yaxın potensial yaşamaq üçün uyğun planet olan "Proxima Centauri b"nin varlığını təsdiqləmişdir. Anqlada-Eskude "Time" jurnalına görə, 2017-ci ilin 100 ən nüfuzlu insanından biri və "Nature" jurnalına görə, 2016-cı ilin ən əhəmiyyətli 10 alimdən biri seçilmişdir. O, hal-hazırda İspaniyanın Kosmos Elmləri İnstitutunda elmi işçidir. == Publikasiyaları == Anglada-Escudé, Guillem; Amado, Pedro J.; Barnes, John; və b. "A terrestrial planet candidate in a temperate orbit around Proxima Centauri". Nature. 536 (7617). 2016: 437–440.