Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızıldəmir
Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir. == Tarixi == Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızıldəmir kəndi formasında qeyd edilmişdir. == Toponimi == Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir.
Qızıldərə (Ərdəbil)
Qızıldərə (fars. قزل درق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 161 nəfər yaşayır (41 ailə).