Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qostinq
Ghosting (ing. ghosting; ghost "kabus") — hər hansı bir əlaqənin xəbərdarlıq edilmədən və ya mümkün səbəbləri izah etmədən qəfil dayandırılması. Termin müxtəlif sahələrdə istifadəsinin populyarlığının aktiv artımı 2010-cu illərdə baş verdi. Anlayışın ilk rəsmi şərhi 2015-ci ildə Collins English Dictionary tərəfindən edilmişdir. == Qostinqin növləri == === Münasibətlərdə qostinq === Qostinq insanlar arasında romantik və ya dostluq münasibətlərinə son qoymağın yollarından biridir. Bu sahədə fenomen müasir texnologiyaların istifadəsinin yüksək populyarlığı səbəbindən xüsusi populyarlıq qazanmışdır (tekstinq, onlayn tanışlıq, sosial şəbəkələr və s. ). Şəxsi görüşlərdən və ünsiyyətdən imtina etməklə yanaşı, sosial şəbəkələrdə digərini bloklamaqla qarşılıqlı əlaqəni dayandırmaq mümkündür. Həm də bu gün tanışlıq partnyorlar arasında sosial əlaqələr olmadan mümkündür, bunun vasitəsilə lazım olduqda gələcəkdə bir insan tapmaq olar, bu da qostinq prosesini asanlaşdırır. Qostinq əlaqəni bitirməyin ən ağrılı yoludur .
Hyu Loftinq
Hyu Loftinq(ing. Hugh John Lofting, 14 yanvar 1886[…], Meydenhed[d], Berkşir[d] – 26 sentyabr 1947[…]) — İngilis uşaq yazıçısı, doktor Aybolitin prototipi olan Doktor Dulittl haqqında əsərlər silsiləsinin müəllifi. == Həyatı == Hyu Con Loftinq 14 yanvar 1886-cı ildə Böyük Britaniyada, Meydenxeddə (Berkşir qraflığı) anadan olmuşdur. ABŞ-də Massaçusets texnoloji institutunu, 1907-ci ildə London Politexnik institutunu bitirmişdir. Mühəndis kimi Kanadada, Cənubi Afrikada, Kubada işləmişdir. 1912-ci ildən Nyu-Yorkda yaşamağa başlayır. Onun yazıçılıq karyerası da burada başlayır. H.C.Loftinq Birinci Dünya müharibəsində iştirak edir, yaralanır və ordudan tərxis olunur. 1919-cu ildə ailəsi ilə birgə Nyu-Yorka qayıdır və yazıçılıq fəaliyyətini bərpa edir. Müntəzəm olaraq doktor Dulittlin macəraları haqqında kitablarını nəşr etdirir.