Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qobelen
Qobelen (fr. gobelin), və ya şpalera — əllə toxunan dekorativ təsviri sənətin bir növü, konkret süjetli bir tərəfli xalça. Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir.Qobelen hiss və duyğuların sənətidir, düşüncə tərzidir. Qobelen sənəti dünyada geniş yayılmış, Azərbaycanda isə qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilmiş və tədricən bir çox Şərq ölkələrinə yayılmışdır. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi lazımlı məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi olaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olmuşdur.
Gömbər
Gömbər (gür.: g.ə. გომბორი, l.ə. qombori) – Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 50,5%-i gürcülərdən, 44,6%-i isə tatlardan ibarət olan 681 nəfər (334 nəfəri kişilər, 347 nəfəri qadınlar) əhali yaşayır.
Qomeyn (Miyanə)
Qomeyn (fars. گمين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (15 ailə).
Qombe ştatı
Qombe ştatı (ing. Gombe State) — Nigeriyanın Şimal-şərgi geosiyasi zonasında ştat.
Qömbə (Askın)
Qömbə (başq. Гөмбә, rus. Гумбино) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 7 km, kənd sovetliyindən (Kaşka): 47 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 142 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (99 %) üstünlük təşkil edir.
Qombe şimpanze müharibəsi
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır. Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. == Arxaplan == Müharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.