Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salvia greatae
Salvia greatae (lat. Salvia greatae) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Great Soviet Encyclopedia
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir.Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
North Atlantic Treaty Organization
Şimali Atlantika Müqaviləsi Təşkilatı (ing. North Atlantic Treaty Organization, NATO, fr. Organisation du traité de l'Atlantique nord, OTAN) — sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 31 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir. Bütün NATO üzvlərinin ümumi hərbi xərcləri dünya üzrə bütün ölkələrin müdafiə xərclərinin 70%-dən çoxdur. Üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2%-ni təşkil etməlidir. Koreya müharibəsi üzv ölkələri hərəkətə keçirənə və yüksək rütbəli iki amerikalı komandanın istiqamətləndirməsi ilə birləşmiş hərbi ittifaq qurulana qədər NATO sadə siyasi ortaqlıqdan başqa bir şey deyildi. Soyuq müharibə dövrü 1955-ci ildə əsası qoyulan Varşava Müqaviləsi Təşkilatına üzv ölkələrlə çəkişmələrin yaranmasına səbəb oldu.
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.