Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guşələr (Həştrud)
Guşələr (fars. قوشه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 251 nəfər yaşayır (47 ailə).
Köhnə Gəgir
Köhnə Gəgir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Hal-hazırda kənddə 250 nəfərdən çox insan yaşayır. == İqsadiyyat == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. == İnfrastruktur == Kənddə 1 məktəb,1 kitabxana fəailiyyət göstərir.
Göllü-guşəli xalçaları
Göllü-guşəli xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Köhnə Gəgir bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Günəhir
Günəhir — Azərbaycan Respublikasının Lənkəran rayonunun Qəgiran inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 944 nəfərdir. == Toponimiyası == Tədqiqatçılara görə, oykonim bir qədər təhrifə uğramış, əslində Quynahir olmalıdır. Talış dilində quynahir "qatı, sıx duman" deməkdir. Kəndin ərazisi ilin çox vaxtı dumanlı, çənli olduğundan belə adlandırılmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Bəliton, Horavenc və Şivlik kəndləri Günəhir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bəliton kəndi olmaqla Bəliton kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Yüreğir
Yüreğir — Adana ilinin ilçəsi. == Tarix == Adananın mərkəz ilçəsi olan Yüreğir 5 iyun 1986-cı ildə bələdiyyə olmuşdur. Adını 1250-1352-ci illər arasında Oğuz boyundan biri olan Üçoxlara aid türk tayfasının buraya köç etməsi səbəbində almışdır. Adananın ən çox köç edilən ilçəsidir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 415.198 nəfər yaşayır.
Günəhir bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yüreğir boyu
Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır. XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.
Tuşqır (Baltas)
Tuşqır (rus. Тошкурово, başq. Тушҡыр) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 436 nəfərdir. == Tarixi == Tuşqır kəndi, XVII əsrin sonlarında və ya XVIII əsrin əvvəllərində başqırdlar tərəfindən qurulmuşdur. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 17 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 81 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (94%) üstünlük təşkil edir. == İstinadlar == == Xarici keçidlər == (Başqırdca) Tuşqır // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası.
Qışqır, Blakula, qışqır (film, 1973)
Qışqır, Blakula, qışqır (ing. Scream Blacula Scream) — 1973-cü ildə istehsal olunmuş ABŞ filmidir. == Mükafatlar və nominasiyalar == == İstinadlar == == Xarici keçidlər == Qışqır, Blakula, qışqır — Internet Movie Database saytında.
Ramazan bəy Yüreğir
Ramazan bəy Yüreğir(? - 1353) - Oğuzların Yüreğir boyundan Ramazanoğulları sülaləsinin əsasını qoymuş türkmən bəyi. Ramazan bəy Yüreğirin barəsində məlumatlar çox azdır. Üçoqlar Məmlüklərin Çukurova istilası zamanı onlara kömək etmişdi. Bu səbəbdən Çukurova işğal edildikdən sonra Adana və Misisin idarəsi Ramazan bəyə tapşırılmışdı. 1353-cü ildə Misirdə Sultan Salihə qarşı üsyan başladı. Bu üsyana Hələb hakimi Bəyboğa və Zeynəddin Qaraca bəy Zülqədər də qoşuldu. Məmlük sultanı Türkmən bəyliyini Zülqədərli elindən alaraq Ramazan bəyə verdi. 1354-cü ildə Ramazan bəy öldüyü ehtimal olunur.
Yusif Küseyir oğlu
Yusif Küseyir oğlu — Orta əsrlərdə Naxçıvan şəhərində yaşamış nüfuzlu dövlət və din xadimlərindən biri. == Haqqında == Onun haqqında məlumat verən ən dəqiq mənbə Naxçıvan şəhərində şərəfinə tikilmiş qəbirüstü türbədir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə hələ 2011-ci ildə "Şərq qapısı" qəzetində nəşr etdirdiyi "Şeyxlər başçısı Yusif Küseyir yaxud məzarı qibləyə olmayan şeyx" adlı məqaləsində Yusif Küseyir oğlu şəxsiyyəti ilə bağlı bir sıra məqamlara toxunmuşdur. Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsinin əsas fasadından sol tərəfdəki kitabə bu memarlıq abidəsinin bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikildiyinə işarə verir: "Bənna Memar Əcəmi Əbu Bəkr oğlu Naxçıvaninin əməlidir" Türbənin üzərindəki digər bir kitabədə isə yazılıb: "Bu türbə xacə, şanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur." Bu yazılar Yusif ibn Küseyir şəxsiyyəti haqqında məlumat verən ən dəqiq faktlardır. Tədqiqatçılar qeyd edirlər ki, həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında–yəni miladi təqvimlə 1162-ci ildə tikildiyini bildirir. Təbii ki, türbə qəbirüstü dəfn olunan şəxsin vəfatından sonra inşa olunub. Bu məntiqdən çıxış edərək Yusif Küseyir oğlunun təqribən XII əsrin 50-ci illərində vəfat etdiyi qənaətinə gəlmək olar. Nəzərə alsaq ki, Atabəy Şəmsəddin Eldəniz Naxçıvan vilayətini 1136-cı ildə İraq Səlcuq Sultanı Məsudun Azərbaycan canişini Çavlanın ölümündən sonra öz torpaqlarına birləşdirib, Yusif ibn Küseyirin Atabəylər dövlətində təqribən 15 ilə yaxın bir müddətdə yüksək vəzifə tutduğunu söyləmək olar. Belə bir türbənin tikilməsi Yusif Küseyir oğlunun həqiqətən də böyük nüfuz sahibi olduğunu deməyə əsas verir. == Milli mənsubiyyəti == Bəs Yusif Küseyir oğlu milli mənsubiyyətcə kim olub?
Yeni Tuşqır (Baltas)
Yeni Tuşqır (başq. Яңы Тушҡыр, rus. Новотошкурово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Ştənde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Ştənde): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 88 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (86 %) üstünlük təşkil edir.
Yusif Küseyir oğlu Türbəsi
Yusif ibn Küseyir türbəsi — Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan tarixi memarlıq abidəsidir. == Görünüşü == Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir. Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır.
Yusif ibn Küseyir türbəsi
Yusif ibn Küseyir türbəsi — Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan tarixi memarlıq abidəsidir. == Görünüşü == Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır. Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir. Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır.