Tinli (Cəbrayıl)
Tinli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Tinli oyk., düz.
Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Cənubi Azərbaycanın Tin kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlanmışdır;
Qubadlı rayonunun Xocahan inzibati ərazi vahidində kənddir. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl rayonunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.