Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Luffa
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Quyfan
Quyfan (çin. 鬼方 "Demon Ərazisi") Şan sülaləsinə (e.ə. 1600-1046) qarşı vuruşan quzey xalqının qədim etnonimi idi. Çin tarixi ənənəsinə görə quyfan, jun, di, hunyü, hiyenyün və hun adları eyni xalqın adlarıdır. == Ümumi baxış == Çin annallarında quyfanlarla bağlı bir sıra istinadlar var. Onlardan bəhs edən ilk qaynaqlar "Fal yazılarıdır".Vey kralı Sian (e.ə. 296-cı ildə vəfat edib) ilə dəfn edilmiş və təxminən altı əsr sonra eramızın 281-ci ilində (Çzin sülaləsi) Çzijon kəşfində yenidən kəşf edilmiş "Bambuk annallarda" deyilir: Şan kralı Vu Din hakimiyyətinin otuz ikinci ilində (e.ə. 1200-cü illər) quyfanlara hücum etdi və Çzinqə yerləşdi. Vu Dinin quyfanlara qarşı fəthləri haqqında "Dəyişikliklər kitabında" da bəhs edilir. Şan kralı Vu İnin hakimiyyətinin otuz beşinci ilində (yəni eramızdan əvvəl 1119-cu il) Çjou öndəri Çzili, quyjunlara (çin.
Qufran məscidi
Qufran məscidi (başq. «Ғофран» мәсете) — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonuda qapalı qəbrstanlıq ərazisində yerləşən cümə məscidi. == Tarixi == Ağidel çayı sahilində XIXəsrdə meydana gəlmiş qəbrstanlıq. Qəbrstanlıq haqqında ilk məlumat 1897-ci ilə aiddir. Onun ərazisi 1904-cü ildə genişləndirilmişdir. 1909-cu ildə burada bir kənd məscidi inşa edilmişdir. Sonradan bu məscid Cümə Kafedral məscidi adlandırılır. 1960-cı ildə burada güçlü yanğın olur. Nəticədə tamamən dağıdılır. 1994-cü ildə əvvəlki məscidin yerində yeni məscid inşa edilir.
Əl-Qaffar
Əl-Qaffar (ər. الغفّار) — Allahın adlarından biri. Daim əfv edən, bütün günahları örtən deməkdir. Bu ad “örtmək”, “gizlətmək”, “çirklərdən qorumaq” mənasını verən “ğafr” kökündən törəmişdir. “əl-Ğafir” kəlməsi Qurani-Kərimdə iki dəfə, “əl-Ğafur” doxsan bir dəfə, “əl-Ğaffar” beş dəfə keçmişdir: “Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!”. Qüdsi hədislərdən birində Allah-Təalanın belə buyurduğu deyilir: “Ey insanoğlu! Sən yer üzünü dolduracaq qədər günah işləsən də, əgər mənə heç bir şeyi şərik qoşmamısansa, səni sonsuz məğfirətlə qarşılayaram”. Bu ad bizə Mövlananın “Yüz dəfə, min dəfə tövbəni pozmuş olsan da, yenə gəl!” sözlərini xatırladır. Çünki insan daim günah işləməyə meyillidir.
Mirzə Qaffar xan Zunuzi
Mirzə Qaffar xan Zunuzi, Hac Həsən oğlu, Zunuzun Mircan məhəlləsindən Məşrutə hərəkatının sərdarlarından idi və qardaşları Mirzə Cabbar, Mirzə Səttar və Teymur Aqa ilə birlikdə Məşrutə hərəkatına böyük xidmət ediblər.O, Heydər xan Əmioğlunun tərəfdarlarından idi və Heydər xan Əmioğlu, İrandan gedəndən sonra qara paltar geydi və dedi Heydər xan Əmioğlu qayıdana dək qara paltarlı qalacaq, Heydər xan Əmioğlunu bir daha görmədi və Siyahpuş (Qara paltarli) adlandırılırdı, ailəsi isə Siyahpuş soy adını seçdilər. Mirzə Qaffar xan Zunuzi, usta yazıçı və mahir natiq idi və şeirdə deyərdi.Bu şeiri Təbrizdə nitq və çıxış zamanı deyib: آ قارداشلار هارای سالین جوشه گلسین کاینات/A qardaşlar haray salın coşa gəlsin kainat دونیایا تا ثابت اولسون بیزده کی عزم و ثبات/Dünyaya ta sabit olsun bizdəki əzm o sibat ذلته عمده مرجح دور شرفلی بیر ممات/Zillətə ümdə mürəccəh dir şərəfli bir məmat ملته لازم دگیل دور بئیله افسرده حیات/Millətə lazim deyil dir beylə əfsürdə həyat ظلم و استبداد دووری درد و یاس ایامیدور/Zülm o istibdad dövrü dərd o yas əyyamidir آ قارداشلارقان توکون قان توکمه گون ایامیدور/A qardaşlar qan tökün qan tökmə gün əyyamidir O,Məşrutə hərəkatından sonra jandarmada zabit dərəcəsi(sinifi) ilə xidmət etmişdir və polkovnik sinfinə qədər tərəqqi etmişdir.