Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Xəmsin
Xəmsin – Misirdə cənubdan əsən quru küləyin adıdır. Xəmsin yazda Aralıq dənizi üzərində havanın təzyiqi alçaq Nilin yuxarısında isə yüksək olanda əsir, özü ilə çoxlu toz və qum gətirir.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Həmcins üzvlər
Həmcins üzvlər — Cümlədə bir üzvlə bağlı olub, bir sintaktik vəzifə daşıyan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Həmcins üzvlər bir sıra xarakterik xüsusiyyətlərə malikdir: a) həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir; b) həmcins üzvlər bir-biri ilə tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiyası) ilə bağlanır; c) həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətlərində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir; ç) həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur. Həmcins üzvlər cümlə üzvlərinə görə həmcins mübtədalar, həmcins xəbərlər, həmcins tamamlıqlar, həmcins təyinlər, həmcins zərfliklər kimi növləri var. == Həmcins mübtədalar == Həmcins mübtədalar ikiüzvlü və çoxüzvlü olur, onlar həm intonasiya əlaqəsi, həm tabesizlik bağlayıcıları, həm də intonasiya və tabesizlik bağlayıcıları ilə birgə işlənir. Həmcins mübtədalarda bəzən semantik fərqlərə görə, ardıcıllıq qorunur: a) subyektlərin ictimai vəzifəsi görə; b) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin vəzifəsinə görə; c) hərəkətin icrası və ya əlamətin meydana çıxmasında subyektlərin tədriciliyinə görə; ç) əşyaların keyfiyyətinə, həcminə görə, əşyaların mənasına görə; ə) hərəkətin mənasına görə; f) həmcins mübtədalardan başqa, sairə, özgə, qeyri və sair əvəzliklərlə ifadə olunanı və yaxud da bu əvəzliklərdən ibarət təyini olanı ən axırda gəlir; d) subyektlərin öz aralarında eyni münasibətdə olduqda, onlardan bu və ya digərini ayırmağa ehtiyac olmur və həmcins mübtədalar adi qaydada sıralanaraq düzülür və s. == Həmcins xəbərlər == Həmcins xəbərlər digər həmcins üzvlər kimi tabesizlik bağlayıcıları, intonasiya, tabesizlik bağlayıcıları və intonasiya ilə bağlanır. Həmcins xəbərlər ifadə vasitəsinə görə iki qrupa bölünür – həmcins ismi xəbərlər, həmcins feili xəbərlər. Bəzən ola bilər ki, bir cümlədə ismi xəbər və feili xəbər ilə həmcinslik yaransın. Həmcins feili xəbərlər cümlədə zamana, şəxsə, kəmiyyətə görə adətən uzlaşır, lakin bəzən pozulduğu hallar da olur. Cümlədə həmcins feili xəbərlərin sıralanmasına da semantik cəhətdən aşağıdakılar göstərilir: a) subyektin hərəkətinin həcminə görə; b) hərəkətlərin icrasındakı zamana görə; c) səbəb və nəticəyə görə; ç) səbəb və məqsədə görə; d) hərəkətin mühümlüyünə görə; həmcins ismi xəbərlərin semantik sıralanmasına bunlar aid edilir: a) subyektə və ya əşyaya aid keyfiyyətin dərəcəsinə görə; b) subyektə və ya əşyaya aid əlamətin dərəcəsinə görə; c) subyektə və ya əşyaya aid əlamətin hüququ dərəcəsinə görə; ç) subyektə və ya əşyaya aid əlamətin əhatə dərəcəsinə görə.
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…]) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Həmin Mükriyani
Məhəmmədəmin Şeyxülislami Mükri (kürd. Muhemedemînî Şêxelîslamî Mukrî, fars. محمدامین شیخ‌الاسلامی مُکری‎), həmçinin təxəllüsü ilə Həmin Mükriyani (kürd. Hêmin Mukriyanî, fars. هیمن موکریانی‎; 1 mart 1921, Məhəbad, Qərbi Azərbaycan ostanı – 16 aprel 1986) — kürd əsilli İran şairi, jurnalisti, tərcüməçisi və ədəbi tənqidçisi == Həyatı == Həmin Mükriyani 1921-ci ildə İranın Məhabad şəhəri yaxınlığındakı Laçın kəndində anadan olmuşdur. O, Məhabadda Səadət ibtidai məktəbində, ardınca Şərəfkənd kəndindəki Şeyx Bürxan xanəgahında dini təhsil almışdır. Hemin daha sonra Kürdüstan Dirçəliş Cəmiyyətinə qoşulmuşdur. İkinci Dünya müharibəsi zamanı Qızıl Ordu İranın bəzi hissələrini, o cümlədən Azərbaycanın əksər hissəsini və Kürdüstanın bir hissəsini işğal edərək Azərbaycan böhranına səbəb olmuşdur. Bu dövrdə Kürdüstan Dirçəliş Cəmiyyəti adını Kürdüstan Demokrat Partiyası olaraq dəyişmiş və Məhabad Cümhuriyyətini elan etmişdir. Həmin Mükriyani dostu Əbdülrəhman Şərəfkəndi ilə birlikdə Məhabad Cümhuriyyətinin xalq şairi seçilmiş, cümhuriyyətin baş naziri və dövlət başçısı Hacı Baba Şeyxin katibi olmuşdular.
Hemşinli
Hemşinlilər — İslam dininə etiqad edən ermənilər. Hemşinlilərin sayı çox olmasa da, onlar adət-ənənələrinə, mədəniyyət və tarixlərinə çox həssaslıqla yanaşırlar. Kulturoloq Altay Arslan deyir ki, "Türkiyənin Qara dəniz bölgəsində yaşayan hemşinlilər çox istiqanlı, emosional insanlardır. Onların sayı çox deyil, amma Rizə bölgəsində hörmətləri böyükdür. Əsəbi, sinirli insanlar təsiri bağışlasalar da, çox səmimi və istiqanlı adamlardır. Ermənilər onları "İslamı qəbul etməyə vadar edilmiş haylar" adlandırsalar da, hemşinlilər bu iddiaları həmişə qətiyyətlə rədd ediblər. Hemşinlilərin ulu babaları gerçəkdən də islamı qəbul etmiş və sünni olmuş ermənilərdir. Amma onların müsəlmanlığa gələn yolu zor, ya da məcburiyyətlə olmayıb. Əksinə, tarixi məxəzlər göstərir ki, qədimlərdə ermənilər islamı könüllü qəbul ediblər və onları dinlərini dəyişməyə kimsə vadar etməyib". == Coğrafi yerləşmə == Hemşinlilər şərq, qərb və şimal olaraq üç qrupdur.
Heşin
Heşin (Ermənistan)
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Hemminq kodun hesablanması Hemminq kod nədir?
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Abraham Van Helsinq
Abraham Van Helsinq (ing. Abraham Van Helsing) - Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Conbenet Remsinin öldürülməsi
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına. Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib.
Riçard Uesli Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. == Həyatı == Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. == Təhsili == O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Van Helsinq (film)
Van Helsinq (ing. Van Helsing) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmidir. Qebriel Van Helsinq personajının rolunu Hyu Cekman canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Van Helsinq — Internet Movie Database saytında.
Heşin (Ermənistan)
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə Heşin kəndi eyni kəndlərdir. == Toponimi == Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş sözünə, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == 1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir.
Heşin (İran)
Heşin (fars. هشين‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (538 ailə).
Van Helsinq (film, 2004)
Van Helsinq (ing. Van Helsing) — 2004-cü ildə istehsal olunmuş ABŞ filmidir. Qebriel Van Helsinq personajının rolunu Hyu Cekman canlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Van Helsinq — Internet Movie Database saytında.