Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərəmxana
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. == Osmanlı imperiyasında hərəm == Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Şərəfxana
Şərəfxana və ya Şərabxana limanı — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,872 nəfər və 1,132 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Ərəbxana
Ərəbxana — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Ərəbxana oyk. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsl adı Ərəb Xanədandır. Oykonim ərəb etnoniminə xanədan (İran dillərində "ev, mənzil"; "nəsil") sözünü əlavə etməklə yaranmışdır, "ərəb nəsli, ərəb evi" mənasındadır. Ermənistanın Gorus r-nunda da Ərəbxana adlı kənd olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 982 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Hətəmxan Babayev
Hətəmxan Babayev — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == 1972-ci il avqustun 9-da Zəngilan rayonunun Keçikli kəndində doğulub.1987-ci ildə Keçikli kənd natamam orta məktəbini qurtarıb,sənədlərini rayondakı 144 nömrəlli kənd texniki peşə məktəbinə verib.1990-cı ildə həmin məktəbin elektrik-qaz qaynaqçısı diplomunu almışdır. 1990-cı ilin noyabrında Sumqayıt şəhərindəki milis batalyonuna hərbi xidmətə çağırılır. Ağdam rayonunda uğrunda gedən döyüşlərdə iştirak edib. 1 aprel 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. Zəngilan rayon Keçikli kənd natamam orta məktəbi Hətəmxanın adını daşıyır.
Hətəmxan Quliyev
Hətəmxan Məti oğlu Quliyev (24 mart 1990; Sumqayıt, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hətəmxan Quliyev 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Hətəmxan Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hətəmxan Quliyev sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub.
Ərəbxana bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dizac-i Hətəmxan (Çaypara)
Dizac-i Hətəmxan (fars. ‎‎ديزج حاتمخان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 297 nəfər yaşayır (69 ailə).
Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir