Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Envər Aysevər
Envər Aysevər (d. 1971, İstanbul) Türk jurnalist, roman yazarı, televiziya aparıcısı. "BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və əynı zamanda Tele1'de "Ayrıntılar" adlı televizya proqramını hazırlayıb aparıcılığını etməkdədir. == Həyatı == 1971-ci ilde İstanbulda doğuldu. Mimar Sinan Gözəl Sənətlər universiteti sosyologiya bölümünden məzun oldu. "Doğuş", "Yeditepe "ve "Arel" universitetlərində dərslər verdi.
Haqnəzər
Haqnəzər (Haqnəzərdərəkənd) — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ silsiləsinin yamacındadır. Kəndin keçmiş adı Haqnəzərdərəkənd olmuşdur. Yaşayış məntəqəsini Ərdəşəvə kəndindən köçüb gəlmiş ailələr salmışlar. Haqnəzər orada ilk dəfə məskunlaşmış şəxsin adıdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
Baqəvər
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Turqut Cansever
Turqut Cansever Turqut Cansever (12 sentyabr 1921, Antalya - 22 fevral 2009, İstanbul), türk memarı, şəhər plançısı, mütəfəkkir. O, dünyada yeganə memardır ki, üç dəfə Ağa Xan Memarlıq Mükafatını alıb. "Müdrik memar" kimi də tanınır. Şəhərdə, yenidənqurma, qoruma sahələrində bir çox vəzifə almış və Bəyazıd Meydanını dizayn etdi. Türkiyədə sənət tarixi üzrə ilk doktorluq dissertasiyasının sahibidir. == Həyatı == 1921-ci ildə Antalyada anadan olub. O, həkim Həsən Ferit bəylə həyat yoldaşı Saime xanımın beş övladının ən böyüyüdür. Atası həkim Həsən Ferit bəy Kasımpaşa Turabi Təkyəsi şeyxi və Bab-ı Əlinin ən yüksək bürokratlarından biri olan Şeyx Əli Əfəndinin oğlu idi. Bürokrat olmaqdansa tibb təhsilini seçən, müharibə illərində Sinay Cəbhəsində Səhra başhəkimi işləmiş, Türk Ocaqlarının qurucuları arasında yer alan Həsən Ferit bəy, dövlət ideologiyasına müxalifətdə qalan, Ankarada yüksək vəzifə təkliflərini rədd edərək Antalya və Adanada malyariya ilə mübarizədə iştirak etməyə üstünlük verən, Bursa, Tavşanlıda sürgün həyatı yaşamış ziyalı və həkimdir. Anası Saime xanım Plovdiv əsilli müəllim idi.
Maral Ağşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.