1. Çoxlu gözləri, dəlikləri olan; deşik-deşik.
□ Göz-göz etmək – çoxlu dəliklər açmaq, deşik-deşik etmək. Güllə ilə nişangahı göz-göz etmək.
Göz-göz olmaq – deşik-deşik olmaq, çoxlu dəliklər əmələ gəlmək.
Su gəldi, eşil, dağlar; Ömürdür beş il, dağlar; Səndə düşmən izi var; Göz-göz ol, deşil, dağlar. ( ).
2. Üzərində dairə şəklində gülləri, naxışları olan. Göz-göz parça.
◊ Göz-göz eləmək – fürsət tapıb bir iş görmək.
Haqnəzər yenə də göz-göz eləyib, daşı kənara atdı… ( ).