Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hedonizm
Hedonizm (yunan dilində: ηδονή}}, latın dilində: hedone}}) — Kirene məktəbinin, yəni Sokratın tələbəsi və müasiri Aristippin (E.ə. 435-355) yaratdığı aksioloji təlim. Təlimə görə həzz hissi həyatda ən ali məqsəddir.[mənbə göstərin]Həzzin həqiqi anlamda yaxşı olduğunu, insan öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiəedən fəlsəfi cərəyandır. Düşüncə tərzi belədir: Həzçilikdə həyatın duyğusal həzlərini maksimum artırmağa çalışılır. Ən yaxşı şey həzz, ən pis isə ağrı-acıdır deyə düşünülür. Hər insan həyatın acılarından qaçaraq həyatın yolunu axtarmalıdır. Burada həzz deyilərkən, insanı xoşbəxt edən bir şeyi etmək başa düşülür. Məsələn, sevdiyi bir yeməyi yemək. Amma həzzin ölçüsü də müəyyən oluna bilər. Məsələn; sevdiyin bir yeməyi almayıb o pulu yığaraq onunla bir ev və ya maşın, yaxud da sevdiyin, sənə həzz verən başqa bir tələbatını ödəyirsən.
Helenizm
Helenizm və ya Olimpoizm 1990`cı illərdə ortaya çıxan əsas diqqəti 12 Yunan Tanrısına yönəldən Hellenistik dəyərləri qorumaya yönələn ənənəvi bir din və yaşam tərzidir.
Peronizm
Peronizm (isp. Peronismo) və ya xustisializm (isp. Justicialism — «ədalətçilik») — Argentinada prezident Xuan Peronun siyasəti ilə əlaqələndirilən siyasi ideologiya. Bu, XX və XXI əsrlərin Argentina siyasətində təsirli bir hərəkat olmuşdur. 1946-cı ildən bəri peronistlər namizəd olmağa icazə verilən 13 prezident seçkisindən 10-da qalib gəliblər. İdeologiya "milliyətçilik və əməkçiliyin qeyri-müəyyən qarışığı" və ya populizm kimi təsvir edilmişdir. Siyasi hərəkat olaraq peronizm iki əsas istiqamətə malikdir. Sağ istiqamət siyasi və iqtisadi konsepsiyaya malikdir və Xuan Peron ilə eyniləşdirilir, sol istiqamət isə sosial yönümlüdür və Evita Peron ilə əlaqələndirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Перонизм / Е. А. Ларин // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред.
Radonizm
Radon təşkilatçılığı. Radonizm düşüncələri. Radonist təlimləri Radonizm 2014 cü ildə yaradılmış idarə etmə təşkilatıdır. Adı kimyəvi element olan Radonun adından götürülmüşdür. Arc Sinus ləqəbli bir şəxs tərəfindən yaradılmış bu gizli təşkilat hal hazırda Y nəfər tərəfindən idarə olunur. Simvol: Radon simvolu qədim kelt mədəniyyətində istifadə olunan triquetra simvoludur. Təşkilatda idarə etmə: Radon təşkilatı Y nəfər tərəfindən demokratik şəkildə idarə olunur. Üzvlər arasında fərq qoyulmur. Radonist təlimi məntiqi, siyasi düşüncələri, dostluğu əks etdirir. Radonizm təşkilatında dini, irqi fərq qoyulmur.
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.