Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Heydərzadə evi
Heydərzadə evi - Təbriz şəhərinin Maqsudiyyə məhəlləsində və Təbriz Bələdiyyə Binasının cənub hissəsində yerləşən tarixi saray. == Haqqında == Bu evin dəqiq olaraq nə vaxt tikilməsi hələ də bilinmir. Lakin, aparılan araşdırmalara görə evin təxminən, 1870-ci illərdə Hacı Həbib Lak tərəfindən tikdirildiyi güman edilir. Ev daxili və xarici olmaqla iki həyətə ayrılır. Zirzəmidə hovuzxanə deyilən (daxilində hovuz, hovuzun mərkəzində isə kiçik fəvvarə olan geniş otaq) otaq yerləşir və bu otaq müxtəlif rəngli ornamentlərlə bəzədilmiş kərpiç və tağlardan tikilmişdir. Evin bütün otaqları salon vasitəsi ilə bir-birinə bağlanır. Ev taxtadan düzədilmiş pəncərələrlə, müxtəlif rəngli şüşələrlə, müxtəlif kərpic işləmələrlə və rəsmlərlə bəzədilmişdir. Evin ən gözəl otağı isə əsas otaq hesab edilən və Şah Neşin adlanan otaqdır. == Hal-hazırda == Ev 1999-cu ildə 2524 saylı nömrə ilə İranın Milli Abidələri siyahısına salınmışdır.2001-ci ildə Heydərzadə evi əsaslı şəkildə restavrasiya edilmişdir və hal-hazırda Şərqi Azərbaycan ostanının Turizm İnformasiya Mərkəzinin binası kimi də xidmət göstərir. == Yerləşməsi == Heydərzadə evi Təbriz şəhərinin Maqsudiyyə məhəlləsinində, Təbriz Bələdiyyə Binasının və ya Saat qülləsinin cənub hissəsində yerləşir.
Türbət Heydəriyə
Türbət Heydəriyə (fars. تربت حيدريه‎) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Türbət Heydəriyə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 119390 nəfər və 31869 ailədən ibarət idi.Bu şəhəri İshaq xan Qarayi təsis edib və əski adı "Türbət İshaq xan"idi.
Heydərzadə Mehmed Paşa
Heydərzadə Mehmed Paşa (ö. sentyabr 1654) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra yüksələrək ocaq kəndxudası, 1642-ci ilin fevralında sekbanbaşı, 1644-cü ildə isə saray miraxuru təyin edildi. Ardından 5 aprel 1646-cı ildə Misir, 1647-ci ilin avqustunda Hələb, ardından Bağdad bəylərbəyi təyin edilib, 1648-ci ilin iyulunda vəzifədən azad edildi. Həmin ilin dekabrında üçüncü vəzir olaraq divana daxil oldu. Ardından 1650-ci ildə Diyarbəkir, 1651-ci ildə isə yenidən Bağdad bəylərbəyi təyin edildi. Ancaq 1653-cü ildə vəzifədən alındı və paytaxta gələrək burada bir müddət dövlət işlərindən uzaq durdu. Yaşı və dövlət təcrübəsi göz önünə alınaraq 1654-cü ilin mayında sədarət naibi təyin edildi və həmin ilin sentyabrında ordunun gəlişi ilə vəzifədən azad edilərək Silistrə sancaqbəyi oldu. Ancaq Silistrəyə gələr-gəlməz həbs edilərək edam olundu.
Torbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.
Türbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.
Amolinia heydeana
Amolinia (lat. Amolinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Amolinia heydeanaSinonim Eupatorium heydeanum B.L. Rob.
Həfdəran (Heris)
Həfdəran (fars. هفدران‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (35 ailə).
Amblyseius hederae
Amblyseius hederae (lat. Amblyseius hederae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius hederae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.