Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hideo
Hideo — ad. Hideo Haşimoto — Yaponiya futbolçusu. Hideo Sakay — keçmiş Yaponiya futbolçusu. Hideo Şinocima — keçmiş Yaponiya futbolçusu.
Google Videos
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.
Hideo Haşimoto
Hideo Haşimoto (d. 21 may 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Hideo Sakay
Hideo Sakay (10 iyun 1909 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hideo Yoşizava
Hideo Yoşizava (吉澤 英生, Yoshizawa Hideo, 10 aprel 1972-ci ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. == Oyunçu karyerası == Hideo Yoşizava 1991-ci ildən 2001-ci ilə qədər Honda klubunda müdafiəçi kimi çıxış etmişdir. == Baş məşqçi karyerası == 2005-ci ildən Yoşizava baş məşqçi kimi fəaliyyət göstərir. İlk olaraq Yaponiya Futbol Liqasının klublarından olan Honda və Ryukyu FK klublarını çalışdırmışdır. Sonralar Regional Liqada mübarizə aparan Matsumoto Yamaqa FK klubunun məşqçisi oldu. 2012-ci ildə isə Qaynare Tottori klubu ilə müqavilə imzaladı.
Hideo İtokava
Hideo İtokava (糸川 英夫, İtokava Hideo, 20 iyul 1912, Tokio[d] – 21 fevral 1999, Maruko[d], Naqano prefekturası) – yaponiyalı raket mühəndisi. O, "Yaponiya raketçiliyinin atası" hesab olunur. Yaponiyada kosmik proqramın inkişafı və tədqiqi üçün gördüyü işlərə görə "Doktor Raket" ləqəbini qazanmışdır. == Həyatı == Hideo İtokava 1912-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Məktəbdə oxuyanda Çarlz Lindberqdən təsirlənmiş və təyyarə sənayesinə maraq göstərməyə başlamışdır. 1935-ci ildə Tokio Universitetini bitirmişdir. İkinci dünya müharibəsi zamanı "Nakajima Aircraft" şirkətində işləyərək Hayabusa kimi müxtəlif döyüş təyyarələrinin dizaynında iştirak etmişdir. Buna baxmayaraq, o, kamikaze proqramına qarşı çıxmış, pilotsuz uçan aparatlardan istifadəni dəstəkləmişdir.İkinci dünya müharibəsindən sonra Yaponiyanın təyyarə sənayesi çökmüş və İtokava bir neçə il tibbi aparatların dizaynı, eləcə də, akustik mühəndisliklə məşğul olmuşdur. O, Yaponiyada elektroensefaloqraf və düralüminiumdən süni ürək hazırlayan ilk şəxs olmuşdur. 1953-cü ilin yanvarında ABŞ-yə səyahət edərək tibb sahəsindəki nailiyyətlərini yayımlamışdır.
Hideo Şinocima
Hideo Şinocima (21 yanvar 1910 - 11 fevral 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Yoşida Hideo
Yoşida Hideo (吉田 秀雄, 9 noyabr 1903, Kokura, Fukuoka prefekturası – 27 yanvar 1963, Tokio) – "Dentsu" reklam agentliyinin dördüncü prezidenti. Yaponiyada reklam biznesinin inkişafı üçün işlər görmüşdür. == Həyatı və karyerası == === İlk illəri === Yoşida Hideo 1903-cü ildə Yaponiyanın Fukuoka prefekturasının Kokura şəhərində doğulmuşdur. Ailəsinin maddi vəziyyəti pis olduğu üçün iki dəfə övladlığa verilmişdir. 1928-ci ildə Tokio Universitetinin iqtisadiyyat fakültəsindən məzun olmuş və Yaponiya Teleqraf Kommunikasiyasının nəzdində olan "Dentsu" reklam agentliyinə qoşulmuşdur. Burada Qərb ədəbiyyatını oxuyaraq reklam sahəsini öyrənməyə başlamışdır. === Müharibədən sonra === İkinci dünya müharibəsindən sonra agentlik cavan kadrları idarəçiliyə cəlb etmək siyasətini izləməyə qərar vermiş və o, 1947-ci ildə prezident seçilmişdir. Həmin il Dentsu Reklam Mükafatının əsasını qoymuşdur. Yaponiyada kommersiya məqsədli radio və televiziya yayımının başlamasında vacib rolu olmuşdur. NHK direktoru, eləcə də, Tokio Ticarət və Sənaye Palatasının üzvü olmuşdur.