Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jackson Pollock
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Sandra Bullock
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Kris Villok
Kristofer Antoni Villok (31 yanvar 1998, London, İngiltərə) — Kris Villok kimi də tanınan, Portuqaliya təmsilçilərindən olan Benfika klubunda və İngiltərə U-19 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Arsenal === Villok 5 yaşı olarkən Arsenal akademiyasına qəbul olunmuşdur. O, 2014-cü ildə 16 yaşı olarkən yoldaşlıq oyunları üçün əsas komandaya dəvət almış və klubun baş məşqçisi Arsen Venger futbolçunu "çox maraqlı bir futbolçu" kimi təsvir etmişdir. Villok 2015-16 mövsümünün sonunda Aston Villa klubuna qarşı Emireyts Stadionunda keçirilən U-21 Premyer liqanın final görüşündə həm qolla, həm də iki məhsuldar ötürmə ilə yadda qalmışdır. O, əsas komanda ilə debütünü 20 sentyabr 2016-cı ildə Nottingem Forest klubuna qarşı Liqa Kuboku görüşündə etmişdir. === Benfika === 30 iyun 2017-ci ildə Villok son Portuqaliya çempionu olan Benfika klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == Villok 2017-ci ilin iyun ayında Gürcüstanda keçirilən 2017 U-19 Avropa Çempionatında iştirak etmək üçün İngiltərə millisinə dəvət almışdır. == Şəxsi həyatı == Villokun iki qardaşı da futbolla məşğul olur. Onun böyük qardaşı Matti Mançester Yunayted klubunun, kiçik qardaşı Co isə Arsenal klubunun futbolçusudur.
Mattyu Villok
Mattyu Antoni Villok (20 avqust 1996, London, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Mançester Yunayted === Villok öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2–0 hesabı ilə qalib gəlmişdir.
Cucumis melo var. bullock
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.