Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hipostil
Hipostil, Hipostil zalı (yun. ὑπόστυλο) — çoxsaylı neflərə sahib çox sütunlu bir salondur. Qədim Şərq memarlığında (Misir, İran) çoxsaylı və müntəzəm olaraq yerləşdirilmiş sütunların olduğu böyük bir məbəd və ya saray salonu vardır. Sütun və tağların birgə istifadəsi, ibadətxananın hipostil salonu olduğu məscidlərin iki əsas memarlıq forması növündən biri olmuşdur (məsələn, Tunisdəki Ukba məscidi). İlk binalarda məscidin ictimai salon kimi ictimai-siyasi cəhəti üstünlük təşkil edirdi, bunun üçün hipostil ideal şəkildə uyğun gəlirdi və istiqamətləndirmə kölgə zonalarının mövqeyi və ölçüsü ilə müəyyənləşdirilirdi.
Hipotez
Hipotez (q.yun. ὑπόθεσις — "əsas", "təxmini fikir") — təxmin edilmə, fikrə gəlmə, təsdiq edilməmiş iddia. Elmdə hipotez anlayışı çox vaxt təbiətin, yaxud ictimai həyat hadisələrinin hər hansı bir sahəsini izah edən fərziyə kimi başa düşülür. Hadisəni izah etmək, onun səbəbini, başqa hadisə və proseslərlə qanunauyğunluq əlaqəsini aşkara çıxarmaqdır. Buna görə də, hipotez əksər hallarda elmin həqiqi müddəalarına zidd gəlməyən, lakin müəyyən hadisələr və prosesləri doğuran səbəb haqqında irəli sürülən, sübut olunmasına ehtiyac duyulan fərziyyə hesab olunur. Bir qayda olaraq hipotezlər bir sıra müşahidə və nümunələrə söykənməli və həqiqətə oxşamalıdırlar. Hipotezlər ya təsdiq edilməli və fakta çevrilməli və ya da rədd edilərək əsassız iddia cərgəsinə keçməlidirlər. Elmi tədqiqatlarda hipotezlər müəyyən sayda müşahidələr, təcrübədən alınan nəticələrə əsaslanan mülahizələrin müəyyən edilməsi deməkdir. İrəli sürülən hipoteziərin yoxlanılması xüsusi eksperimentlərin gedişində həyata keçirilə bilər. Təsdiq edilməmiş və rədd ediməmiş hipotez açıq problem adlanırlar.
Hemostaz sistemi
Hemostaz sistemi — damarlarda axan qanın maye halında qalmasını və qan damarları zədələndikdə qanaxmanın qarşısının alınmasını təmin edən bioloji sistem. Bu sistem hər hansı bir travma nəticəsində həyat üçün təhlükəli qanaxmaların qarşısını almaq üçün orqanizmin təkamül prosesində əldə etdiyi mürəkkəb fermentativ bir prosesdir. Hemostaz sistemi 3 hissədən — qan damarlarının divarı, damar daxilinində dövr edən qan elementləri və plazma proteinlərindən təşkil olunmuşdur. Bu hissələrin hər hansı birində çatışmazlıq və ya qüsur olarsa, hemostaz sistemi bütövlükdə zəncirvari reaksiya şəklində hərəkətə gəlir və nəticədə qanaxma, tromboz və ya hər ikisi meydana çıxır. Hemostaz sistemi şərti olaraq 2 mexanizmə bölünür; laxtalanma və ya prokoqaqulyant sistemi; əks laxtalanma vəya antikoaqulyant sistemi. Bu mexanizmlərdən əlavə, qan damarının zədələndiyi hissədə yaranan qan laxtasını əritmək üçün daha bir ferment sistemi — fibrinoliz sistemi fəaliyyət göstərir. Bu üç mexanizmin qarşılıqlı əlaqəsi, bütövlükdə qanın laxtalanma vəziyyətini xarakterizə edir.
Nebulyar hipotez
Nebulyar hipotez (lat. nebula – dumanlıq) — kosmoqonik hipotez. Bu hipotezə görə Günəş sistemi və ya ümumiyyətlə səma cisimləri seyrək dumanlıqdan əmələ gəlmişdir. Bu termin planetlərin közərmiş qaz dumanlığından əmələ gəlməsini fərz edən Laplas hipotezi, müəyyən qədər planetlərin toz dumanlığından əmələ gəldiyini ehtimal edən Kant hipotezi ilə əlaqədar olaraq yaranmışdır. Bu hipotez 1734-cü ildə Emmanuil Svedenborq tərəfindən irəli sürülmüşdür. 1755-ci ildə Svedenborqun işi ilə yaxından tanış olan İmmanuil Kant bu hipotezi inkişaf etdirdi. O, hesab edirdi ki, dumanlıq yavaş-yavaş fırlanaraq sıxılır və cazibə qüvvəsi sayəsində yastılaşır. Zaman keçdikcə isə ondan planetlər və ulduzlar yaranır. Bənzər model 1796-cı ildə Pyer-Simon Laplas tərəfindən təklif olunmuşdur. Əvvəlcə hipotez yalnız Günəş sisteminə aid edilsə də, nəticədə bütün kainata şamil edilməyə başlandı.