Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elseid Husay
Elseid Husay (2 fevral 1994, Şkoder) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" və kapitanı olduğu Albaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. Husay müdafiənin hər iki cinahında oynaya bilir. == Karyera == Elseid anadan olandan iki ay sonra atası Gezim, 1990-cı illərdə iş və daha yaxşı həyat dalınca İtaliyaya köçən bir çox alban kimi İtaliyaya mühacirət edir. Elseidin özü anası və nənəsi ilə Şkoderdə qalır. Gezim Husay, İtaliyada futbol agenti Marco Pikkioli ilə görüşərək oğlunun oyununa baxmağı təklif etdi, lakin Elseidin cəmi 10 yaşı olduğu üçün Pikkioli Gezimə gözləməyi tövsiyə edir. Elseidin 14 yaşı tamam olanda İtaliyaya gedir və Pikkiolinin köməyi ilə, "Fiorentina" klubuda daxil olmaqla bir neçə baxışdan keçir, ancaq ona real maraq göstərən yalnız "Empoli" klubu olur. === Empoli === Hüsay "Emploi"nin əsas heyətinə ilk dəfə 2011/12 mövsümündə dəvət edilir və 9 oktyabr 2011-ci ildə "Empoli"nin "Varese" ilə qarşılaşmasında adı oyunun iştirak ərizəsinə daxil edilir. Ancaq Husay bu oyunda meydana çıxmır. Husay peşəkar səviyyədə ilk oyununu, 24 noyabr 2011-ci ildə İtaliya Kubokunda "Fiorentina"ya qarşı oyunda keçirdir.
Mushab-Əli Kuzunvi
Mushab-'Əli Kuzunvi (ləzg. Кузун Мусхьаб-‘Алий) — imam və bolşevik rejiminə qarşı ləzgi müqavimətinin liderlərindən biri. Ləzgilerin kuzunar soyuna məhsub olub. Ləzgilərin Milli qəhrəmanı . == Bioqrafiya == Mushab-Əli Qusar rayonun Kuzun kəndində Ləzgi ailəsində anadan olub. O, Türkiyədə İslami təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində muhacirliq edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönür. Mushab-Əli doğma ləzgi dili ilə yanaşı ərəb, türk, fars, rus dillərini də mükəmməl bilirdi. == Müharibədən əvvəlki fəaliyyətlər == Tarixi mənbələrdə və arxivlərdə əsasən "Möhübəli əfəndi Kuzunvi" adı ilə tanınır. O1890-cı ildə öz vəsaiti ilə kəndində böyük məktəb tikdirir. Sonrakı illərdə o, Qusar ərazisində iki mədrəsə açıb, səkkiz məscidi təmir etdirib.