Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyirtmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Ümidini itirmə (film, 2009)
Ümidini itirmə (Rom: Vaada Raha; ing: I Promise; Azərbaycan dilinə tərcüməsi: Söz verirəm) 11 sentyabr 2009-cu ildə nümayiş olunmuş hind filmidir. Baş rolda Bobbi Deol, xüsusi səhnələrdə isə Kanqana Ranaut və Atul Aqnihotri çəkilmişdir. Filmin rejissoru Samir Karnikdir. Filmin bir hissəsi Türkiyənin Efes şəhərində çəkilmişdir. Amerika Tibb Assosiasiyasından səxavətli qrant aldıqdan sonra xəstələrinə hər zaman ümid bəxş edən Dr. Dyanesh Kripal “Duke” Chawla (Bobby Deol) sevgilisi Pujaya (Kangana Ranaut) evlənmə təklifi edir və onlar tezliklə evlənməyə hazırlaşırlar. Həmin gecə evə qayıdarkən qəza ilə qarşılaşır və Şərq-Qərb Xəstəxanasının reanimasiya şöbəsində oyanır. Özünə gələndə özünü paramparça və darmadağın olmuş görməsi az imiş kimi, Pucanın artıq onunla heç bir əlaqəsinin olmadığını və onunla ayrıldığını biləndə daha çox travma və şok yaşayır. Üzgün, acı və ümidsizlik içində yaşamaq onun iradəsini sındırır və beləliklə də o, dərman qəbul etməkdən və bütün növ müalicələrdən imtina edir və ölümünü gözləməyə başlayır. Bir gün gənc oğlan Roşan (Dwij Yadav) onun yaşamaq ümidini yenidən alovlandırmaq üçün Dukun həyatına daxil olur.
And içirəm, əzizim (film, 2016)
And içirəm əzizim (Rom: Sanam Teri Kasam) 2016-cı ildə Radhika Rao-Vinay Sapru duetinin rejissoru olduğu və Dipak Mukutun prodüseri olduğu Hindistan romantik faciə filmidir. Baş rollarda Harshvardhan Rane və Mawra Hocane oynamışdırlar. Film Erik Seqalın “Məhəbbət hekayəsi” romanının müasir versiyasıdır. Filmdə Sarasvatinin atası onu evdən qovduqdan sonra İnder heç nəyə baxmayaraq onun yanında dayanır və bu, onları bir-birinə yaxınlaşdırır. Ancaq taleyin onları ayırmaq üçün özünəməxsus planları mövcuddur.
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması
İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması ( İVHK ) dedikdə, qapalı məkanda havanın temperaturu, rütubəti və təmizliyinə nəzarət etmək üçün müxtəlif texnologiyaların istifadəsi mənasını daşıyır. İVHK-nın əsas məqsədi, daxili mühitdə komfort və normalar üzeə qəbuledilən daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sisteminin layihələndirilməsi isə, termodinamika, mayelər mexanikası və istilik ötürülməsi prinsiplərinə əsaslanan mexanika mühəndisliyinin alt sahəsi hesab olunur. İVHK sistemləri, çoxmənzilli binalar, otellər və yaşayış kompleksləri kimi inşaat strukturlarının mühüm hissəsi hesab olunur; buraya göydələnlər və xəstəxanalar kimi orta və böyük sənaye və ofis binaları; avtomobillər, qatarlar, təyyarələr, gəmilər və sualtı qayıqlar kimi nəqliyyat vasitələrini də əlavə etmək mümkündür. Havalandırma və ya ventilyasiya (İVHK-də "V") dedikdə, yüksək daxili hava keyfiyyətini təmin etmək üçün hər hansı bir məkanda havanın dəyişdirilməsi prosesi nəzərdə tutulur. Bu prosesə, temperaturun idarə edilməsi, oksigenin içəriyə vurulması və nəm, qoxular, tüstü, istilik, toz, bakteriyalar, karbon qazı və digər qazlar və havanın daxili mühitdən çıxarılması daxildir. İçərinin havalandırılması, havadakı xoşagəlməz qoxuları və həddindən artıq nəmi aradan qaldırır, xarici havanı zonaya daxil edir, daxili bina havasını dövr etdirir və daxili zonada havanın durğunluğunun qarşısını alır. Binanın havalandırılması üsulları mexaniki/məcburi və təbii növlərə bölünür. == Ümumi baxış == İstilik, ventilyasiya və havanın kondisiyalaşdırılmasının üç əsas funksiyası bir-biri ilə əlaqəlidir və bunun əsas səbəbi, otağın daxilində məqbul quraşdırma, istismar və texniki xidmət xərcləri daxilində rahatlıq və məqbul daxili hava keyfiyyətini təmin etməkdir. İVHK sistemləri həm məişət, həm də kommersiya mühitində istifadə edilə bilər.
İçite
İçite Xatun — türk və altay mifologiyasında sağlamlıq tanrıçası. Xəstəlikləri önləyər, insanlara sağlamlıq verir. Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyilə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır. Ətrafı sıx meşələrlə qablı bir gölün içində yaşar. (İy/İz/İç) kökündən törəmişdir. İye/İçə yəni qoruyucu ruh və sahib mənalarıyla əlaqəlidir. Bundan başqa Ece/Ece yəni kraliça və bacı sözləriylə də yaxından əlaqədardır. Türkcədə inyeksiya etmək (şpris etmək) mənasını verən "İçitmek" adlı sözlə bənzərliyi də ilgi maraqlıdır.