Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlişgən
İlişgən (lat. Sabanejewia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi.
Adi ilişgən
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. == Morfoloji əlamətləri == D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
Qafqaz ilişgəni
Qafqaz ilişgəni (lat. Sabanejewia caucasica) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. Uzunluğu 4-9 sm, maksimal isə 10,6 sm təşkil edir. Öndağlıq və düzənlik çaylarında müşahidə edilir. Bentos, zooplankton və bəzən isə yosunlarla qidalanır. İyul-avqust ayları kürüləmə dövrüdür. Xəzər dənizinin hövzəsinə daxil olan çaylarda (Terek, Kuma, Sulak, Şura-ozen), həmcinin Kuban çayının yuxarı axarlarında yayılmışdır. Təsərrüfat əhəmiyyəti yoxdur. Rusiyanın Qırmızı Kitabına (2001) nadir və az araşdırılmış bir növ olaraq daxil olmuşdur. Məhdud bir ərazidə yayılmışdır.
Xəzər ilişgəni
Xəzər ilişgəni (lat. Sabanejewia caspia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Aşağı Kürün əlavə su hövzələrində Şilyan, Hacıqabul, Ağçala göllərində, Lənkəran yaxınlığındakı gölməçələrdə, Qumbaşı çayında, Kiçik körfəzi Xəzərlə birləşdirən kanallarda yayılmışdır. Ural, Emba, Ənzəli çaylarının mənsəbində, Pəhləvi körfəzində təsadüf edilir. == Morfoloji əlamətləri == D II-III 6-7,A I-II 5,P I 6-7, V I 5 şüa var, fəqərələrinin sayı 41-42-dir. Bədəni yanları çox basıqdır. Bədəninin hündürlüyü gövdəsinin uzunluğu qədərdir. Böyürlərində tünd zolaq var, xalları yoxdur. Bığcıqları əvvəlki növlərin ikisindən də uzundur. Gözönü tikanın quruluşu qızılı ilişgəndəki kimidir.
Zaqafqaziya ilişgəni
Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. == Yayılması == Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır. == Morfoloji əlamətləri == Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur.
İlişkən qatıqotu
İlişkən qatıqotu (lat. Galium aparine) — qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine hispida Moench [Illegitimate] Aparine vulgaris Hill Asperula aparine (L.) Besser [Illegitimate] Asterophyllum aparine (L.) Schimp. & Spenn. Crucianella purpurea Wulff ex Steud. Galion aparinum (L.) St.-Lag. Galium aculeatissimum Kit. ex Kanitz Galium adhaerens Gilib. [Invalid] Galium aparine var. agreste P.D.Sell Galium aparine subsp.
İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. == Məzmun == Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. == Film haqqında == Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
İdigən
İdigən xaqan - Uyğurların üçüncü xaqanıdır. Taxta çıxarkən adını Tarxan Bögü xaqan olaraq dəyişdirdi. Daha sonra isə Alp Külük Bögü xaqan adını qəbul etdi. Tam titulu isə Tenqridə Qut Bolmuş İl Tutmuş Alp Külüg Bilgə Xaqandır. == Taxta çıxması və Çindəki üsyanı yatırması == Atasının ölümündən sonra taxta çıxan İdigən xaqan Çində vətəndaş müharibəsi çıxması ehtimalına qarşı hücumlara hazırlıq görməyə başladı. 762-765-ci illər ərzində Çində imperatora üsyanı yatırmağa kömək edən İdigən, Daninq şahzadəsi, əslən Uyğur olan Puqu Xuanyenin qızı Quantsin ilə evləndi. == Manilik == 763-cü ildə Tenqriçilik dinini tərk edib Manilik dini qəbul edən İdigən, dörd Maniheist rahib müşaiyətində dövlətin rəsmi dinini Maniheizm elan etdi. 768-ci ildə İdigən imperatora göndərdiyi səfirlərlə Çində Maniheist dini mərkəzlərinin açılmasını istəyirdi, imperator istəməsə də 771-ci ildə buna məcbur oldu. == Tibetlilərlə müharibə == 765-ci ildə qaynatası Puqu Xuanyenin çağırışı üzərinə Tan sülaləsinə qarşı Tibetlilər və Uyğurların birgə yürüşü başladı. Puqu Xuanyenin ölümündən sonra isə Uyğurlar çinlilərlə sülh bağlayıb Tibetə hücum etdilər.
İlişdin (film, 1898)
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. == Məzmun == Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. == Film haqqında == Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. == Yaranması == Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
İlinden
İlinden- Makedonium kimi də tanınan (Macedonian: Споменик „Илинден“ or Македониум) — Makedoniyanın Kruşevo şəhərində yerləşən abidədir. == Tarixi == Rəsmi olaraq abidə Makedoniya Milli Azadlıq Anti-faşist Assambleyasının ikinci sessiyasının 30-cu ildönümü və İlinden qiyamının 71 illik yubileyi münasibətilə 2 avqust 1974-cü ildə istifadəyə verilmişdir. Abidənin memarları Yordan Qrabuloski və İskra Qrabuloskadır. İlinden abidəsi 1941-1944-cü il arasında Makedoniya Milli Qurtuluş mübarizəsindən iştirak edən bütün döyüşçülərə və 1903-cü ildə İlinden qiyamında iştirak edənlərə, eləcə də bütün əsgər-partizanlara həsr olunmuşdur. Abidə futurizm janrında hazırlanmışdır. Abidədə Yara Petara Mazeva mozaik işləri, məşhur sənətçi Borko lazevski isə keramika işləri ilə məşğul olmuşdur. == Təsviri == Ümümulikdə abidə 12 akr ərazini əhatə edir və oval pəncərələr dəyirmi günbəz formasında abidəyə yerləşdirilmişdir. Yuxarı oval pəncərələr vitrajdan hazırlanmışdır. Günbəzin daxilində Kruşevo Respublikasının Prezidenti Nikola Karev və makedoniyalı müğənni Toşe Proeskinin büstlərini görmək olar. Günbəzin daxilində yerləşən 4 pəncərə dünyanın İlinden ilə bağlı olan Sliva abidəsini, Ayı daşını və Pelaqoniyanı ifadə edir.Memorial kompleksin daxilinə Azadlıq Mübarizəsinin qələbə rəmzi olan "Zəncirləri qırmaq" adlı heykəltəraşlıq nümunələri də daxildir.